Yaponiya yığmasının məşqçisi: Bakıdakı Milli Gimnastika Arenasında hər cür tərifdən yüksək şərait yaradılıb
Bakı, 16 mart, AZƏRTAC
Bakıdakı Milli Gimnastika Arenasında gimnastlar üçün hər cür tərifdən yüksək şərait yaradılıb. Bu sözləri Bakıda Dünya Kuboku yarışlarında idman gimnastikası üzrə Yaponiya komandasına başçılıq edən məşqçi Fukuo Makoto söyləyib.
O deyib: “Biz Bakıya birinci dəfə gəlmirik. Qeyd etmək istəyirəm ki, sizin zal bütün gözləntilərdən yüksək səviyyədədir. Burada çox gözəl şərait yaradılıb və idmançılarımız çox razıdırlar”.
Onun sözlərinə görə, bu il Dünya Kubokunda Yaponiyanı cəmi üç idmançı təmsil edəcək. Bu da idman gimnastikası üzrə qaydalara dəyişikliklərlə bağlıdır.
Bakılılara yaxşı tanış olan Kenzo Şirayın turnirə qatılmamasını şərh etməkdə çətinlik çəkən F.Makoto deyib: “Qaydaların yenilənməsi ilə əlaqədar biz heyətə bir balaca dəyişiklik etmişik. İndiki komandada Bakıda ötənilki Dünya Kubokunun iştirakçısı Kazuyuki Takeda təmsil olunub, amma yeni gimnastlar da var”.
Yaponiyalı gimnastların ən yüksək nəticələrə ümid bəslədiklərini qeyd edən məşqçi deyib: “Biz yaxşı çıxış etmək, bütün elementləri düzgün yerinə yetirmək, mümkün qədər çox ən yüksək əyarlı medal qazanmaq istəyirik”.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 05.10.2026 [18:23]
Arda Gülər transfer dəyəri 100 milyon avroya çatan ilk türk futbolçu olub
- 05.10.2026 [17:43]
İngiltərə millisi Çexiya ilə matça ciddi itkilərlə çıxacaq
- 05.10.2026 [16:28]
Azərbaycan gimnastı Böyük Britaniyada 2 qızıl medal qazanıb
- 05.10.2026 [15:25]