Yaponiyada zəlzələ nəticəsində ölənlərin sayı 38-ə çatıb, azı 139 yaralı var
Bakı, 2 avqust, AZƏRTAC
Yaponiyanın Kyuşu adasındakı Kumamoto prefekturasında iyulun 28-də baş verən güclü zəlzələ nəticəsində ölənlərin sayı 38-ə çatıb, azı 139 yaralı var.
AZƏRTAC "Associated Press"ə istinadla xəbər verir ki, təxminən 69 min ev təsərrüfatında su kəsintiləri davam edir. Ən azı 9200 insan fəlakət baş verdikdən sonra köçürüldükləri təxliyə mərkəzlərində qalır.
Qeyd edək ki, ölkədə 7,1 bal gücündə qeydə alınan zəlzələ son illərin ən güclü yeraltı təkanlarından biri olub. Xilasetmə və təcili yardım xidmətlərindən əlavə, Yaponiya Özünümüdafiə Qüvvələrinin təxminən 4600 üzvü zəlzələnin nəticələrinin aradan qaldırılması işlərində iştirak edir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 21.09.2026 [15:57]
Fransada silahlı insident: Ölən və yaralanan var
- 21.09.2026 [15:05]
İnsanabənzər robotlar erası başlayır: Ötən il dünyada 7 min android satılıb
- 21.09.2026 [14:49]
Türkiyənin “Sıfır Tullantı” təcrübəsi COP31-də qlobal miqyasda paylaşılacaq
- 21.09.2026 [14:13]
Hörmüz boğazında gəmi vurulub
- 21.09.2026 [14:00]
Gürcüstan ilə Avropa Şurası arasında münasibətlər yenidən gərginləşə bilər
- 21.09.2026 [13:08]