Yaponiyalı seysmoloqlar azərbaycanlı həmkarları ilə əməkdaşlığı davam etdirməkdə maraqlıdırlar
Bakı, 29 iyul (AZƏRTAC). Yaponiyanın “OYO” və “Shinyei Kaisha” şirkətinin nümayəndələri ölkəmizə səfərləri çərçivəsində Azərbaycan Milli Elmlər Akademiyası Respublika Seysmoloji Xidmət Mərkəzinin (RSXM) baş direktoru, geologiya mineralogiya elmlər doktoru Qurban Yetirmişli ilə görüşmüşlər.
Mərkəzin mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, görüş Azərbaycan və Yaponiya seysmoloqları arasındakı ikitərəfli əməkdaşlıq çərçivəsində reallaşmışdır.
Görüşdə hər iki ölkənin seysmoloqları arasında əməkdaşlığın daha da genişləndirilməsi və təcrübə mübadiləsinin aparılması məsələləri müzakirə edilmişdir.
Rəhbərlik etdiyi mərkəzin yapon şirkətləri ilə əlaqələrindən danışan Q.Yetirmişli birgə layihələrin davam etdiyini bildirmişdir.
“OYO” şirkətinin nümayəndələri Masami Nagase isə öz növbəsində Azərbaycanda seysmologiya ilə bağlı görülən işləri yüksək qiymətləndirərək, yapon seysmoloqlarının RSXM-lə əməkdaşlığı davam etdirməyə maraqlı olduğunu bildirmişdir.
Yaponiyalı qonaqlar, həmçinin RSXM-nin monitorinq mərkəzi ilə də tanış olmuşlar.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 03.10.2026 [13:50]
Proqnoz: Bəzi yerlərdə yağış, dağlıq ərazilərdə isə qar yağacaq
- 02.10.2026 [18:29]
Salyanda və Saatlıda ağacların qanunsuz kəsilməsi faktları aşkarlanıb
- 02.10.2026 [16:41]
Bəzi yerlərdə yağıntılı hava şəraiti müşahidə olunur – FAKTİKİ HAVA
- 02.10.2026 [13:04]
COP31 Sədrliyi dəniz tullantılarının təmizlənməsi platformasını təqdim edib
- 02.10.2026 [13:01]
Leysan olacaq, güclü külək əsəcək, bəzi dağlıq ərazilərə qar yağacaq
- 02.10.2026 [10:37]
Bəzi yerlərdə leysan xarakterli yağış yağır, şimşək çaxır
- 01.10.2026 [17:53]
Sentyabrda orta aylıq temperatur iqlim normasından yuxarı olub
- 01.10.2026 [17:32]