Yaponiyanın NHK telekanalı Keysuke Hondanın “Neftçi” ilə müqaviləsinin başa çatması barədə məlumat yayıb
Tokio, 17 iyun, AZƏRTAC
Yaponiyanın NHK telekanalı bu ölkənin futbol üzrə yığma komandasının sabiq üzvü Keysuke Honda ilə Azərbaycanın “Neftçi” klubu arasında müqaviləyə xitam verilməsi barədə məlumat yayıb.
AZƏRTAC xəbər verir ki, məlumatda “Neftçi”nin futbol üzrə Azərbaycan Premyer Liqasının ən güclü klublarından biri olduğu qeyd edilib. Bildirilir ki, 35 yaşlı yapon futbolçu mövsümün ortalarında bazası Bakıda yerləşən “Neftçi” klubuna keçib. K.Hondanın komandanın tərkibində yeddi oyuna çıxdığı və iki qol vurduğu da bildirilir. Qeyd edilib ki, “Neftçi” cari mövsümün qalibi olaraq çempion adını qazanıb.
Məlumatda “Neftçi” klubunun iyunun 16-da K.Honda ilə yollarını ayırdığı barədə informasiya yaydığı və yapon futbolçuya minnətdarlıq etdiyi bildirilir: “Biz qazanılan uğura görə dünya şöhrətli yapon futbolçuya minnətdarıq və gələcək karyerasında ona uğurlar arzulayırıq”.
Vüqar Ağayev
AZƏRTAC-ın xüsusi müxbiri
Tokio
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 16.10.2026 [13:03]
“Borussiya Dortmund”un Bakıya gəliş tarixi bəlli olub
- 16.10.2026 [11:09]
İdman tarixində bu gün: Messinin “Barselona”da rəsmi debütündən 22 il ötür
- 16.10.2026 [10:35]
Azərbaycanın minifutbol millisi dünya çempionatında yarımfinal oyununa çıxır
- 16.10.2026 [10:26]
Azərbaycan futzal millisi seçmə mərhələdə mübarizəyə başlayır
- 16.10.2026 [10:20]
Azərbaycanın qadın güləşçisi dünya ikincisi olub
- 16.10.2026 [10:13]