Yardımlı rayonunda əhalinin sayı 68 mini ötüb
Yardımlı, 14 may, Bağır Əliyev, AZƏRTAC
2020-ci ilin əvvəlindən aprelin 1-dək Yardımlı rayonunun əhalisi 0,3 faiz artaraq 68 min 235 nəfərə çatıb. Rayonda 1 kvadratkilometrə düşən əhali sıxlığı 102,3 nəfərdir.
Bu barədə Yardımlı Rayon Statistika İdarəsinin rəisi Aydın Ağayev AZƏRTAC-ın bölgə müxbirinə məlumat verib.
Rayon əhalisinin 11,2 faizi şəhər, 88,8 faizi isə kənd sakinləri, 51,0 faizi kişilər, 49,0 faizi isə qadınlardır.
Ədliyyə Nazirliyinin qeydiyyat şöbələri tərəfindən 2020-ci ilin üç ayı ərzində 313 nəfər doğulan körpə qeydə alınıb. Bu göstərici əhalinin hər 1000 nəfərinə 18,5 nəfər təşkil edib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 21.05.2026 [19:27]
Zaqatalada irsi qan xəstəliklərindən əziyyət çəkənlər üçün xeyriyyə aksiyası
- 21.05.2026 [19:22]
Doğma yurda qayıdan sakinlər Ağdam Sənaye Parkında işlə təmin olunurlar
- 21.05.2026 [19:07]