MƏDƏNİYYƏT
Yasamal rayon kitabxanasında “Şuşa İli” ilə əlaqədar rəsm sərgisi açılıb
Bakı, 26 oktyabr, AZƏRTAC
Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin Yasamal rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin (MKS) M.Ş.Vazeh adına Mərkəzi Kitabxanası oxucuların fərdi rəsm sərgilərini mütəmadi olaraq təşkil edir.
Kitabxanadan AZƏRTAC-a bildirilib ki, növbəti dəfə Sumqayıt şəhəri 4 nömrəli tam orta məktəbin 8-ci sinif şagirdi Fatimə Şükürlü öz rəsmlərini kitabxanaya təqdim edib. İstedadlı rəssam Şuşa, şəhidlər, Xudafərin körpüsü, təbiət mövzularını rəsmlərində canlandırıb. Bundan başqa, sərgidə müxtəlif tipli natürmotlar da yer alır.
Həvəskar gənc rəssamın əsərləri on gün ərzində kitabxanada sərgilənəcək.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 07.05.2024 [16:38]
"Yaşıl dünya naminə həmrəylik ili"nə həsr olunmuş konsert
- 07.05.2024 [16:37]
Xalq yazıçısı İsmayıl Şıxlının xatirəsi anılıb
- 07.05.2024 [15:40]
Ölkəmiz Ankarada beynəlxalq mədəniyyət festivalında təmsil olunub
- 07.05.2024 [12:43]
Azərbaycanda ilk dəfə keçirilən Milli Xalça Festivalı yekunlaşıb
- 07.05.2024 [12:28]