Yaşar Nəcəfov “Böyük dəbilqə” turnirində qızıl medal qazanıb
Bakı, 22 sentyabr, AZƏRTAC
Bakıda keçirilən “Böyük dəbilqə” turnirində Azərbaycan cüdoçusu qızıl medal qazanıb.
AZƏRTAC xəbər verir ki, kişilər arasında keçirilən final görüşündə Yaşar Nəcəfov (66 kiloqram) yaponiyalı idmançı Takeşi Takeoka qarşılaşıb. O, rəqibini məğlub edərək fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.
Qeyd edək ki, ilk gündə yarışa qoşulan Balabəy Ağayev, Rövşən Əliyev, Nazir Talıbov (hamısı 60 kq), Qasım Vəlizadə, Rəşad Yelkiyev, Ruslan Paşayev (hamısı 66 kq), Ramilə Əliyeva, Şəfəq Həmidova (hər ikisi 48 kq), Gültac Məmmədəliyeva (52 kq) və Nərgiz Hacıyeva (57 kq) erkən vidalaşıblar.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.06.2026 [12:19]
AMADA-nın yeni Strategiya layihəsi ilə bağlı fikir mübadiləsi aparılıb
- 08.06.2026 [11:45]
Premyer Liqanın yeni iştirakçısı “Şəfa” ilk transferini reallaşdırıb
- 08.06.2026 [11:39]
Stend atıcılığı üzrə ölkə kuboku başa çatıb
- 08.06.2026 [10:56]
Azərbaycanın stolüstü tennisçisi İsveçdə bürünc medal qazanıb
- 08.06.2026 [10:33]
NİİM sürücülərə növbəti dəfə müraciət edib VİDEO
- 08.06.2026 [10:29]
Bakıda beynəlxalq tennis turnirinə yekun vurulub
- 08.06.2026 [10:27]