“YAŞAT” Fondu dəstək tədbirlərini davam etdirir
Bakı, 17 sentyabr, AZƏRTAC
“YAŞAT” Fondu tərəfindən dəstək tədbirləri davam etdirilir.
Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, “YAŞAT” Fondu tərəfindən fəaliyyət istiqamətləri üzrə antiterror əməliyyatları şəhidi Sərxan Köklərovun ailəsinə mütəmadi dəstək göstərilir. Fondun müxtəlif layihələri çərçivəsində onun övladlarına hədiyyələr və məktəbli ləvazimatları təqdim olunub.
Şəhid Sərxan Köklərov Vətən müharibəsi zamanı Suqovuşanın azadlığı uğrunda gedən döyüşlərin iştirakçısı olub.
O, 2023-cü il sentyabrın 19-da başlanan və 24 saat davam edən antiterror əməliyyatları zamanı Ağdərə uğrunda gedən döyüşlərdə şəhidlik zirvəsinə ucalıb.
Prezident İlham Əliyevin sərəncamları ilə Sərxan Köklərov “Suqovuşanın azad olunmasına görə” və “Vətən uğrunda” medalları, həmçinin 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib.
Onun üç övladı bizə yadigar qalıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 05.06.2026 [13:45]
Gecikdirilmiş 378,3 min manat vəsaitin işçilərə ödənilməsi təmin olunub
- 05.06.2026 [13:42]
Ağdam Sosial Xidmət Mərkəzində 100-dən çox şəxs qayğı ilə əhatə olunub
- 05.06.2026 [13:10]
Səyyar "ASAN xidmət"in növbəti ünvanı Tbilisidir
- 05.06.2026 [12:41]