YAXIN 2 GÜNDƏ HAVANIN YAĞMURSUZ KEÇƏCƏYİ GÖZLƏNİLİR
Bakı, 6 sentyabr (AZƏRTAC). Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentindən AZƏRTAC-a verilən məlumata görə, sentyabrın 7-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin az buludlu olacağı, yağmursuz keçəcəyi, şimal-qərb küləyinin gündüz cənub küləyi ilə əvəz olunacağı gözlənilir. Havanın temperaturu gecə 21-24, gündüz 30-33 dərəcə isti təşkil edəcəkdir.
Sentyabrın 8-də hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi, şimal-qərb küləyinin gündüz cənub küləyi ilə əvəz olunacağı gözlənilir. Havanın temperaturu gecə 20-24, gündüz 30-33 dərəcə isti olacaqdır.
Azərbaycanın rayonlarında sentyabrın 7-8-də hava şəraitinin əsasən yağmursuz keçəcəyi, gecə və axşam bəzi dağlıq və dağətəyi rayonlarında şimşək çaxacağı, qısamüddətli yağış yağacağı gözlənilir. Şərq küləyi əsəcəyi, arabir güclənəcəyi gözlənilir. Havanın temperaturu gecə 19-23, gündüz 31-36, dağlarda isə gecə 12-17, gündüz 25-30 dərəcə isti təşkil edəcəkdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.09.2026 [13:13]
Sabah bəzi yerlərdə yağış yağacaq
- 27.09.2026 [12:28]
Sentyabrın 28-nə gözlənilən hava şəraiti açıqlanıb
- 26.09.2026 [13:04]
Nazirlik: Palçıq vulkanında püskürmə 10 dəqiqə davam edib
- 25.09.2026 [18:15]
Bakıda və Qubada ağacların qanunsuz kəsilməsi faktları aşkarlanıb
- 25.09.2026 [17:05]
Ətraf mühit məsələləri ilə bağlı müzakirələr aparılıb
- 25.09.2026 [12:31]
Sabah Bakıda hava dəyişkən buludlu olacaq, bəzi rayonlarda yağış yağacaq
- 25.09.2026 [10:17]