YAXIN GƏLƏCƏKDƏ AZƏRBAYCAN QAZ İXRAC EDƏN ÖLKƏYƏ ÇEVRİLƏCƏKDİR
İrimiqyaslı neft layihələrinin həyata keçirilməsi qaza olan tələbatı tamamilə ödəməyə imkan verəcəkdir.
Yanacaq və Energetika Nazirliyindən AZƏRTAC-ın müxbirinə bildirmişlər ki, “Azəri-Çıraq-Günəşli” layihəsi çərçivəsində Mərkəzi, Qərbi və Şərqi Azəri, eləcə də dərin sulu “Günəşli” və “Şahdəniz” neft-qaz yataqlarının tammiqyaslı işlənməsi nəticəsində hasilat artacaq. Mütəxəssislərin fikrincə, 2006-cı ildən sonra idxal qazının həcmi tədricən azalacaqdır.
Hasilatın artmasına daha bir amil təsir göstərəcək. Xarici şirkətlərin müxtəlif bəhanələrlə imtina etdikləri “Qarabağ”, “Dan ulduzu”, “Əşrəfi” və digər dəniz yataqlarının mənimsənilməsi üçün Dövlət Neft Şirkəti maliyyə vəsaiti ayıracaqdır. Bu yataqlardan çıxan qaz ölkənin tələbatına yönəldiləcəkdir.
Beləliklə, Azərbaycan tezliklə qaz idxal edən ölkədən qaz ixrac edən ölkəyə çevriləcəkdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 02.10.2026 [13:01]
“Murovdağ” yeni səfərə başlayıb: Növbəti istiqamət Braziliyadır
- 02.10.2026 [12:51]
Sabirabad avtomobil yolunun əsaslı təmiri davam etdirilir
- 02.10.2026 [12:49]
Ankarada iş adamlarına Azərbaycanın investisiya imkanları təqdim olunub
- 02.10.2026 [10:14]
Qızıl və gümüş bahalaşıb VİDEO
- 02.10.2026 [10:13]
Dünya birjalarında neft ucuzlaşıb VİDEO
- 02.10.2026 [10:06]