YAXIN İKİ GÜN ƏRZİNDƏ HAVA YAĞMURSUZ KEÇƏCƏKDİR
Bakı, 2 sentyabr (AZƏRTAC). Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentindən verilən məlumatına görə, Bakıda və Abşeron yarımadasında sentyabrın 3-də hava şəraitinin dəyişkən buludlu olacağı, yağmursuz keçəcəyi, şimal-qərb, şimal küləyi əsəcəyi, yarımadanın bəzi yerlərində arabir güclənəcəyi gözlənilir. Havanın temperaturu gecə 20-23, gündüz 30-33 dərəcə isti olacaqdır.
Sentyabrın 4-də hava şəraitinin dəyişkən buludlu olacağı, yağmursuz keçəcəyi, şimal küləyinin gündüz şimal-şərq küləyi ilə əvəz olacağı gözlənilir. Havanın temperaturu gecə 21-24, gündüz 30-33 dərəcə isti təşkil edəcəkdir.
Azərbaycanın rayonlarında sentyabrın 3-4-də hava şəraitinin əsasən yağmursuz keçəcəyi, sentyabrın 3-də gecə və axşam bəzi qərb rayonlarında şimşək çaxacağı, qısamüddətli lokal yağış yağacağı gözlənilir. Qərb, şimal-qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək, sentyabrın 4-ü gündüz saatlarında isə şərq küləyi əsəcəkdir. Havanın temperaturu gecə 18-23, gündüz 32-37, dağlarda isə gecə 12-17, gündüz 23-27 dərəcə isti olacaqdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.09.2026 [13:13]
Sabah bəzi yerlərdə yağış yağacaq
- 27.09.2026 [12:28]
Sentyabrın 28-nə gözlənilən hava şəraiti açıqlanıb
- 26.09.2026 [13:04]
Nazirlik: Palçıq vulkanında püskürmə 10 dəqiqə davam edib
- 25.09.2026 [18:15]
Bakıda və Qubada ağacların qanunsuz kəsilməsi faktları aşkarlanıb
- 25.09.2026 [17:05]
Ətraf mühit məsələləri ilə bağlı müzakirələr aparılıb
- 25.09.2026 [12:31]
Sabah Bakıda hava dəyişkən buludlu olacaq, bəzi rayonlarda yağış yağacaq
- 25.09.2026 [10:17]