“Yaz festivalı”nda şahmatçılarımızın çıxışı davam edir
Bakı, 11 aprel, AZƏRTAC
Macarıstanın paytaxtı Budapeştdə şahmat üzrə “Yaz festivalı” davam edir.
AZƏRTAC xəbər verir ki, Azərbaycan şahmatçılarının qatıldıqları turnirin artıq iki turuna yekun vurulub. Şahmatçılarımızdan Nail Bəşirli hər iki turda qalib (2 xal) gələrək 1-4-cü yerləri bölüşür. Vüqar Əsədli 1 qələbə və 1 heç-heçə ilə turnir cədvəlində 33-cü pillədədir. Zaur Bayramovun aktivində isə 0,5 xal var.
Aprelin 11-də üçüncü turun oyunlarına start verilib. Bu turda Nail Bəşirli Hindistan təmsilçisi Kalyan Arcun, Vüqar Əsədli malayziyalı Vong Cianven, Zaur Bayramov isə isveçrəli Aditya Subramanian ilə qarşılaşacaq.
Turnirdə 36 ölkədən 150-yə yaxın şahmatçı mübarizə aparır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 12.10.2026 [19:44]
Çexiya klubunun baş məşqçisi: “Sabah” tarix yazır
- 12.10.2026 [19:40]
Azərbaycan güləşçiləri Rusiyada çempion olublar
- 12.10.2026 [19:08]
Azərbaycan Peşəkar Boks Federasiyasının yeni prezidenti bəlli olub
- 12.10.2026 [18:45]
“Sabah” “Slaviya Praqa” ilə oyundan öncə son məşqini keçirib
- 12.10.2026 [18:21]
“Sabah”ın futbolçusu: Tarixi oyunda qələbə qazanmaq istəyirik
- 12.10.2026 [17:12]