SİYASƏT
Yekaterinburqda Azərbaycanın Müstəqillik Günü münasibətilə rəsmi qəbul təşkil olunub
![](/files/galleryphoto/2024/2/1200x630/1716976517253659166_1200x630.jpg)
![](/files/galleryphoto/2024/2/1200x630/17169765172305741121_1200x630.jpg)
![](/files/galleryphoto/2024/2/1200x630/17169765173576451288_1200x630.jpg)
![](/files/galleryphoto/2024/2/1200x630/171697651760444359_1200x630.jpg)
![](/files/galleryphoto/2024/2/1200x630/17169765175116452527_1200x630.jpg)
![](/files/galleryphoto/2024/2/1200x630/1716976517488032598_1200x630.jpg)
![](/files/galleryphoto/2024/2/1200x630/17169765171691452949_1200x630.jpg)
![](/files/galleryphoto/2024/2/1200x630/17169765172731020941_1200x630.jpg)
![](/files/galleryphoto/2024/2/1200x630/17169765172152044416_1200x630.jpg)
![](/files/galleryphoto/2024/2/1200x630/17169765175092344842_1200x630.jpg)
Yekaterinburq, 29 may, AZƏRTAC
Ölkəmizin Rusiyanın Yekaterinburq şəhərindəki Baş konsulluğu 28 May - Azərbaycanın Müstəqillik Günü münasibətilə rəsmi qəbul təşkil edib.
AZƏRTAC xəbər verir ki, tədbirdə baş konsul vəzifəsini icra edən Şöhrət Mustafayev, Rusiya XİN-in Yekaterinburq nümayəndəliyinin rəhbəri Aleksandr Xarlov, Sverdlovsk vilayətinin xarici iqtisadi əlaqələr nazirinin müavini Oleq Aleksandrin, Sverdlovsk vilayətinin İnsan Hüquqları üzrə müvəkkili (ombudsman) Tatyana Merzlyakova, Sverdlovsk vilayətinin Qanunvericilik Məclisinin sədri Lyudmila Babuşkinanın adından parlamentlərarası fəaliyyət üzrə komissiyasının sədri Vyaçeslav Veqner, Yekaterinburq merinin vəzifələrini icra edən İqor Sutyagin və “Azərbaycan-Ural” İctimai Milli Mədəniyyət Təşkilatının sədri Şahin Şıxlinski çıxış ediblər. Natiqlər müsbət dinamika üzrə inkişaf edən ölkələrarası münasibətlərdən, Azərbaycan ilə Sverdlovsk vilayəti arasında mövcud olan iqtisadi və mədəni əməkdaşlığın yüksələn xətt üzrə inkişafından, bu istiqamətdə hər il keçirilən Azərbaycan-Rusiya Regionlararası Forumun əhəmiyyətindən, cari ilin may ayında “Rusiya-İslam Dünyası: Kazan İqtisadi Forumu” çərçivəsində vilayət rəsmilərinin ölkəmizin iqtisadi qurumlarının nümayəndələri ilə səmərəli görüşlərindən və Azərbaycan ilə Sverdlovsk vilayəti arasında qarşılıqlı iqtisadi və mədəni əlaqələrin digər platformalarda da irəliləyişindən bəhs ediblər.
Şöhrət Mustafayev çıxışında bu ilin noyabrında Bakıda keçiriləcək BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) əhəmiyyətindən bəhs edib.
Qəbulun həm rəsmi, həm də mədəni hissəsində bu il ölkəmizdə elan olunan “Yaşıl dünya naminə həmrəylik ili”, COP29 haqqında videoçarxlar və banerlər, o cümlədən xalqımızın mədəniyyət incilərindən ibarət guşə nümayiş olunub.
Rəsmi qəbul canlı musiqi sədaları altında milli mətbəximizin ləziz təamlarının təqdimatı ilə davam edib.
Fəridə Abdullayeva
AZƏRTAC-ın xüsusi müxbiri
Yekaterinburq