Yekaterinburqda Ulu Öndərin əziz xatirəsi anılıb
Yekaterinburq, 12 dekabr, AZƏRTAC
Azərbaycanın Yekaterinburq şəhərindəki Baş konsulluğunda Ulu Öndər Heydər Əliyevin vəfatının 19-cu ildönümü ilə bağlı anım tədbiri keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbirdə əvvəlcə konsulluğun kollektivi, diaspor fəalları, tələbələr və yerli ictimaiyyətin nümayəndələri Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin əziz xatirəsinə ehtiram əlaməti olaraq Ulu Öndərin Baş konsulluqdakı büstünün önünə gül dəstələri düzüblər.
Sonra Azərbaycanın Yekaterinburq şəhərindəki baş konsulu vəzifələrini icra edən Şöhrət Mustafayev çıxış edərək, ümummilli lider Heydər Əliyevin şərəfli ömür yolundan bəhs edib, onun Azərbaycan tarixindəki rolundan danışıb. Diplomat qeyd edib ki, Ulu Öndər ölkəmizi işıqlı gələcəyə aparan siyasi xətti müəyyən edib və həmin siyasi kurs Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilir.
Daha sonra çıxış edən “Azərbaycan-Ural” İctimai Milli-Mədəni Təşkilatının sədri Şahin Şıxlinski, Rusiya Azərbaycanlı Gənclər Birliyi Sverdlovsk vilayəti bölməsinin rəhbəri Toğrul Həsənzadə, Ural Dövlət Mədən Universitetinin professoru Vladislav Petroviçin və Müşfiq Ağababayev çıxış edərək Ümummilli Liderin diaspor, təhsil və gənclər siyasətindən bəhs ediblər.
AZƏRTAC-ın xüsusi müxbiri
Yekaterinburq