YELİSEY SARAYINDA RƏSMİ QARŞILANMA
Prezidentinin iqamətgahında - Yelisey sarayında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəsmi qarşılanma mərasimi olmuşdur.
Sarayda Azərbaycanın və Fransanın dövlət bayraqları asılmışdı. Prezident İlham Əliyevin şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.
Azərbaycan Prezidenti İlham Əliyev hərbi marşın sədaları altında fəxri qarovul dəstəsinin qarşısından keçdi.
Fransa Respublikasının Prezidenti Jak Şirak hörmət və ehtiram əlaməti olaraq, Azərbaycan Prezidenti İlham Əliyevi sarayın pilləkənləri önündə böyük səmimiyyətlə və ehtiramla qarşıladı.

