YENİ AZƏRBAYCAN PARTİYASI BEYNƏLXALQ ƏLAQƏLƏRİNİ GENİŞLƏNDİRİR
Sentyabrın 7-10-də keçirilən IV baş məclisin, əsasən, “Asiyada sülh və inkişaf” mövzusuna həsr edildiyini diqqətə çatdıran Ə.Əhmədov dedi ki, Yeni Azərbaycan Partiyası bu tədbirə ciddi hazırlaşmış, Azərbaycan həqiqətləri, eləcə də, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi, problemin Azərbaycanda yaratdığı ağır nəticələr barədə məclisin təşkilat komitəsinə əvvəlcədən məktub göndərmişdir. Bundan başqa, tədbir prosesində də, həmin məktubun surəti və Azərbaycanın işğal altında olan əraziləri göstərilən xəritə iştirakçılara paylanmışdır.
Yeni Azərbaycan Partiyasının xarici dövlətlərdə fəaliyyət göstərən mütərəqqi partiyalarla qarşılıqlı münasibətlər yaratmaqda davam etdiyini bildirən natiq dedi ki, məclis çərçivəsində quruma üzv olan partiyaların nümayəndələri ilə keçirilən ikitərəfli görüşlər faydalı olmuşdur. Nəticə etibarilə məclisin qəbul etdiyi yekun sənəddə təcavüz halları pislənmiş, dövlətlərin ərazi bütövlüyü və suverenliyinin tanınması əksini tapmışdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 16.10.2026 [11:30]
Parlament Dövlət Qulluğu ilə bağlı yeni qanun layihəsini təsdiqləyib
- 16.10.2026 [11:07]
Milli Məclisdə 12 məsələnin müzakirəsinə başlanılıb
- 16.10.2026 [10:12]
Sultan Hacıyev AQEM-in yeni Baş katibi təyin olunub
- 16.10.2026 [00:12]