Yeni Azərbaycan Partiyası “YAŞAT” Fonduna 100 min manat vəsait köçürüb
Bakı, 14 dekabr, AZƏRTAC
Yeni Azərbaycan Partiyası (YAP) işğal altında olan torpaqlarımızın azad edilməsi və Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar yaralananların və şəhid ailələrinin təminatına dəstək məqsədilə Prezident İlham Əliyevin 2020-ci il 8 dekabr tarixli Fərmanı ilə yaradılmış “YAŞAT” Fonduna 100 min manat məbləğində vəsait ödənilməsi barədə qərar qəbul edib.
YAP-ın mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, partiya şəhid ailələrinin və hərbi əməliyyatlar nəticəsində əlilliyi müəyyən olunmuş şəxslərin sosial müdafiəsi sahəsində dövlət tərəfindən həyata keçirilən tədbirlərə əlavə dəstək verilməsi istiqamətində təşəbbüslərin reallaşdırılması kimi xeyirxah və nəcib məqsədlərlə yaradılmış Fondun dəstəklənməsini hər kəsin mənəvi borcu hesab edərək, partiyanın bütün yerli strukturlarına və üzvlərinə bu Fonda dəstək göstərilməsini tövsiyə edib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 26.08.2023 [14:39]
Laçında özünüməşğulluq proqramının icrasına başlanılıb
- 26.08.2023 [11:48]
“Ay Laçın” – doğma və kövrək duyğularla VİDEO
- 25.08.2023 [17:45]
Avqust ayının müavinət, təqaüd və ünvanlı sosial yardımları tam ödənilib
- 25.08.2023 [17:38]
Qida sahəsində fəaliyyət göstərən 7 müəssisədə nöqsanlar aşkarlanıb
- 25.08.2023 [14:17]
® “Xonça” şirniyyat sahəsində yeni texnologiyaları ölkəyə gətirir
- 25.08.2023 [12:22]
“Könüllü DOST” proqramına ötən dövrdə 96,1 min müraciət olub
- 25.08.2023 [12:04]
“YAŞAT” düşərgəsinin altıncı həftəsi başa çatıb
- 25.08.2023 [11:48]