Azərbaycan Dövlət İnformasiya Agentliyi

Yeni Azərbaycan Partiyasında müşavirə keçirilib

Bakı, 18 iyul, AZƏRTAC

İyulun 18-də Yeni Azərbaycan Partiyası (YAP) rayon və şəhər təşkilatları sədrlərinin iştirakı ilə ümumrespublika müşavirəsi keçirilib. Bu barədə AZƏRTAC-a YAP-ın mətbuat xidmətindən məlumat verilib.

Müşavirədə çıxış edən Baş nazirin müavini, YAP sədrinin müavini-icra katibi Əli Əhmədov bildirib ki, bu gün Azərbaycan sürətlə inkişaf edir, yeniləşir, müasirləşir. O, Azərbaycanın dünyada mövqelərinin daha da möhkəmləndiyini diqqətə çatdırıb: “Azərbaycan regionun lideri adını şərəflə daşıyır, bir sıra beynəlxalq layihələri uğurla həyata keçirir və eləcə də böyük layihələrin təşəbbüskarı qismində çıxış edir. Bütün bunların hamısı beynəlxalq miqyasda ölkəmizin rolunu və əhəmiyyətini ciddi şəkildə artırır. Bütün bunlarla yanaşı, Azərbaycanın gələcəklə bağlı böyük planları var”.

Aprelin 11-də Azərbaycanda prezident seçkilərinin keçirildiyini xatırladan Əli Əhmədov seçkilərdə İlham Əliyevin seçicilərin mütləq əksəriyyətinin dəstəyi ilə parlaq qələbə qazandığını diqqətə çatdırıb. O, qarşıdakı 7 il ərzində də Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın böyük nailiyyətlər qazanacağına əminliyini ifadə edib.

Əli Əhmədov vurğulayıb ki, Azərbaycan xalqı öz milli mənəvi dəyərlərinə daim hörmətlə yanaşıb. “Azərbaycanda heç vaxt dini radikalizm olmayıb, amma vaxtilə siyasi radikalizmin ölkəyə necə ziyan gətirdiyinin şahidi olmuşuq. Ulu öndər Heydər Əliyevin ikinci dəfə hakimiyyətə gəlməsi ilə ölkəmizdə siyasi radikalizmə də son verilib və sabit inkişafın əsası qoyulub”, - deyən Baş nazirin müavini qeyd edib ki, Azərbaycandakı inkişafın da əsasını ölkədəki sabitlik təşkil edir. Əli Əhmədov milli mənəvi dəyərlərin kontekstində dinin rolu, cəmiyyət, dövlət və din münasibətləri, ölkəmizdə islami dəyərlərə göstərilən qayğıdan ətraflı danışıb. Bildirib ki, Prezident İlham Əliyevin diqqəti sayəsində Azərbaycandakı bütün dini-tarixi abidələr bərpa olunub və yeniləri inşa edilir. Din və müasirlik mövzusuna toxunan Baş nazirin müavini bildirib ki, Azərbaycan cəmiyyəti müasir olmaqla yanaşı, öz dəyərlərinə sadiqdir və gənclərimiz müasir dünyanın tələb və çağırışlarını yaxşı dərk edir.

Prezident Administrasiyasının millətlərarası münasibətlər, multikulturalizm və dini məsələlər şöbəsinin müdiri Etibar Nəcəfov çıxışında bildirib ki, din amilindən sui-istifadə edən ekstremist qüvvələr ənənəvi milli mənəvi dəyərlərimizə sadiq qalan dindarların dəstəyini qazana bilmədilər, əksinə, onların qınağına tuş gəldilər. Çünki dövlət-din münasibətlərinin möhkəm təməllər üzərində qurulduğu ölkəmizdə dindarlara daim dövlət tərəfindən diqqət və qayğı göstərilir. Buna Gəncə şəhərində yaşayan dindarlar da şahiddir. Prezident İlham Əliyevin göstərişi ilə Gəncədəki “İmamzadə” ziyarətgah kompleksinin yenidən qurulması, Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın qayğısı ilə Şah Abbas Cümə və Həzrət Zeynəb məscidlərinin təmir və bərpa olunması, ibadət yerlərinin pulsuz təbii qazla təmin edilməsi, dini icmalara maliyyə yardımının göstərilməsi deyilənlərə əyani sübutdur. Hazırda Gəncə şəhərində təyinatı üzrə altı məscid və bir ziyarətgah kompleksi fəaliyyət göstərir. Həmin ibadət yerlərinə Qafqaz Müsəlmanları İdarəsi tərəfindən rəsmi din xadimləri təyin edilib və onlara Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin nəzdində fəaliyyət göstərən Mənəvi Dəyərlərin Təbliği Fondu vasitəsilə maddi dəstək verilir. Dövlətimizin gördüyü bu işləri həqiqi və saf dini dəyərləri yaşayan dindarlarımız yüksək səviyyədə qiymətləndirir, Azərbaycan hökumətinin həyata keçirdiyi tolerant və multikultural siyasəti dəstəkləyirlər.

Şöbə müdiri deyib ki, Azərbaycanda dini etiqad azadlığının əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulub və müasir dövrdə Prezident İlham Əliyev tərəfindən uğurla aparılan multikulturalizm siyasəti vasitəsilə təmin olunur. Məlum olduğu kimi, bu siyasət azərbaycançılığın tərkib hissəsi kimi cəmiyyətdə mövcud olan etnik, irqi, dini və mədəni müxtəlifliklərə münasibətdə dövlətin apardığı konkret siyasətdir. Azərbaycanda dövlət-din münasibətlərinin yüksək səviyyədə olmasının əsas göstəricilərindən biri ölkə vətəndaşlarının dini etiqad azadlığının təmin edilməsidir. Azərbaycan vətəndaşlarının dini etiqad azadlığının təmin olunması demokratik inkişaf yolu seçib, yaratdığı multikultural mühitlə və tolerantlığı ilə dünya ölkələri arasında seçilən Azərbaycan Respublikasının daxili siyasətinin prioritet istiqamətlərindən biridir. Azərbaycan dövləti ölkə vətəndaşlarının dini etiqad azadlığına onların hüquq və azadlıqlarının tərkib hissəsi kimi yanaşır. Ölkə vətəndaşlarının dini etiqad azadlığı Azərbaycan Respublikası Konstitusiyasına, “Dini etiqad azadlığı haqqında” Qanuna və digər normativ hüquqi aktlara əsaslanır.

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri, YAP icra katibinin müavini Mübariz Qurbanlı çıxış edərək Azərbaycandakı dövlət-din modelindən danışıb. Qeyd edib ki, bu modelin əsas müddəaları və prinsipləri Ulu Öndərin müəllifi olduğu və 1995-ci ildə ümumxalq səsverməsi yolu ilə qəbul edilən Azərbaycan Respublikasının Konstitusiyasının müvafiq maddələrində öz əksini tapıb. Azərbaycan hüquqi, dünyəvi, demokratik ölkədir və Azərbaycan dövləti milli mənəvi dəyərlərə, İslam dini ilə yanaşı, digər konfessiyalara da çox böyük diqqət və qayğı göstərir. Məhz buna görə də Azərbaycanın tolerantlıq və multikulturalizm ənənələri həm İslam ölkələri, həm də bütün dünya tərəfindən nümunə olaraq öyrənilməkdədir. Bu gün Azərbaycanda bütün məzhəblər arasında münasibətlərin yüksək səviyyədə olması, vəhdət namazlarının qılınması, məscidlərdə möminlərin öz ibadətlərini sərbəst şəkildə yerinə yetirməsi üçün hərtərəfli şərait yaradılıb və bütün bu tədbirlər onu göstərir ki, ölkəmizdə dini sahədə böyük bir sabitlik var.

Mübariz Qurbanlı əlavə edib ki, tarixən Azərbaycanda dinlər, məzhəblər və təriqətlər arasında heç zaman qarşıdurma olmayıb. Ona görə də Azərbaycanda hər hansı ekstremist qüvvələrin dini istiqamətdə təxribatlar törədərək dövlət müstəqilliyimizə, eyni zamanda, dini sahədəki inkişafımıza təhlükə yaratmasına imkan verilməməlidir. İmamların məscidlərdəki dini moizələri daha çox islami dəyərlərin qorunmasına, təbliğinə yönəlməli, dini mövzuda ədəbiyyatların, yeni-yeni əsərlərin yazılması, yayılması, bu mövzuda media resurslarında kütləvi təbliğat və təşviqat işlərinin aparılması işləri genişləndirilməlidir.

Müşavirəyə yekun vuran Ə.Əhmədov YAP-ın yerli strukturlarının rəhbərlərinə müvafiq tövsiyə və tapşırıqlar verib.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Azərbaycan Respublikası Prokurorluğunun bir qrup əməkdaşının təltif edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Hörmüz boğazında İranın raket hücumu nəticəsində ABŞ-nin 8 hərbi dənizçisi xəsarət alıb

Azərbaycan Respublikası Prokurorluğunun əməkdaşlarına ali xüsusi və ali hərbi rütbələrin verilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Gənclər Akademiyası və milli yaddaş: Azərbaycan gəncliyinin elmi və vətəndaşlıq missiyası

İnvestisiya gündəliyində insan kapitalı: II Azərbaycan Beynəlxalq İnvestisiya Forumunun mesajları

Fransada dövlət sektorunda çalışan minlərlə işçi tətilə hazırlaşır

ABŞ-dən olan basketbolçu Azərbaycan klubuna qayıdıb

Azərbaycan qılıncoynadanı Macarıstanda bürünc medal qazanıb

Paytaxtda avtoxuliqanlıq edən sürücü həbs olunub

Qızıl 107 dollar ucuzlaşıb

Birjalarda neft bahalaşıb

Xiyabani küçəsi ilə Xarici Dairəvi yolun kəsişməsindəki hərəkət sxemi əsaslı şəkildə dəyişdiriləcək

Hərbi Prokurorluğun rəhbərliyi hərbi qulluqçuların xidmət və məişət şəraiti ilə tanış olub

Suraxanı və Qaradağın bəzi ərazilərinin qaz təchizatında fasilə olacaq

İmişli Şəkər Zavodunun boş anbarında baş verən yanğının görüntüləri VİDEO

İmişli Şəkər Zavodunun boş anbarında baş verən yanğının görüntüləri VİDEO

Qızılın qiyməti son bir ayyarımın minimumuna düşüb

® Bakıda “Xsolla” şirkətinin Tədqiqat və İnkişaf Mərkəzi fəaliyyətə başlayıb

FHN: Ötən həftə ərzində 469 yanğına çıxış olub, 4 nəfərin meyiti təhvil verilib

Yaponiyanın yeni raket sistemləri ilk dəfə ABŞ-lə birgə təlimlərdə nümayiş etdiriləcək

Ümumdünya Quduzluqla Mübarizə Günü: Ölümlə nəticələnən təhlükədən necə qorunmalı?

London Fairford bazasına hücum planında İranın mümkün rolunu araşdırır

Bakıda bəzi yollarda nəqliyyatın hərəkətində sıxlıq yaranıb

Tramp süni intellektlə bağlı bəyanat verəcək

İran ABŞ ilə Nyu-Yorkda yeni danışıqlar raundu planlaşdırmır

Yasamal və Nizami rayonlarında elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq

Əraqçi: Tehran istənilən münaqişəyə tab gətirməyə hazırdır

“Politico”: Aİ dörd ölkə üçün mərhələli üzvlük planları hazırlayır

Tramp ABŞ-dən dizel yanacağı ixracına qadağa qoyulmasını nəzərdən keçirir

Polşa öz ərazisində “Patriot” istehsalı zavodunun tikintisini təklif edib

“Hizbullah” Livanı İsraillə ikitərəfli danışıqları dayandırmağa çağırıb

İraq ABŞ-dən İranla uçuşlara icazə verməsini istəyir

Xaçmazda baş verən avtoqəza ilə əlaqədar xəstəxanaya 9 nəfər müraciət edib YENİLƏNİB VİDEO

Xaçmazda baş verən avtoqəza ilə əlaqədar xəstəxanaya 9 nəfər müraciət edib YENİLƏNİB VİDEO

Tokayev: Xəzərdə həlak olan hərbçilərə xilasetmə jiletləri verilməyib

Media: Netanyahu BƏƏ Prezidenti ilə görüşmək üçün gizli şəkildə Əbu-Dabiyə gedib

Elnarə Zeynalova: Yubiley tədbirləri gənclərdə klassik irsə marağı artırır

Kiyevdə soydaşlarımızın da çalışdığı bazara hava zərbəsi endirilib, ölənlər var

Vətən müharibəsi şəhidləri İstanbulda anılıblar

Fransada Senat seçkilərinin ilk nəticələri: sağçı və mərkəzçi qüvvələr öndədir

Vuçiç Serbiya prezidenti vəzifəsindən istefa verib

Qərbi Azərbaycan İcması Zəfər parkını ziyarət edib

Rotterdamda şəhidlərimizin xatirəsi ehtiramla yad edilib

Çimərlik güləşində Azərbaycan millisi tarix yazıb

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

27 Sentyabr: Zəfərin böyüklüyü və fədakarlığın məsuliyyəti - ŞƏRH

Lənkəranda Anım Günü ilə bağlı 500 ağac əkilib

ADPU və filiallarında Anım Günü silsilə tədbirlərlə qeyd edilib

Samir Qulamov: "Bir nəfəs qədər" Azərbaycanda Zəfərə həsr olunan ilk səhnə əsərlərindən biridir

AzTU kollektivi Zəfər parkında şəhidlərin xatirəsinə ehtiramını bildirib

BMU-nun kollektivi Zəfər abidəsini ziyarət edib

Helsinki Azərbaycan Evində 27 Sentyabr – Anım Günü qeyd olunub

AHİK əməkdaşları Anım Günündə Zəfər parkını ziyarət ediblər

Mədəniyyət Nazirliyinin kollektivi şəhidlərin xatirəsini yad edib

Əmanətlərin Sığortalanması Fondunun kollektivi Zəfər Parkını ziyarət edib

Altmış yeddi yaşlı həmyerlimiz ölkəmizi 52-ci Berlin Marafonunda təmsil edib VİDEO

Altmış yeddi yaşlı həmyerlimiz ölkəmizi 52-ci Berlin Marafonunda təmsil edib VİDEO

Anım Günü: Zəfərin qəhrəmanları dərin ehtiramla yad edilib - YENİLƏNİB-2 VİDEO

Anım Günü: Zəfərin qəhrəmanları dərin ehtiramla yad edilib - YENİLƏNİB-2 VİDEO

“AzerGold” QSC-nin kollektivi Zəfər parkını və şəhid əməkdaşlarının məzarlarını ziyarət edib

Gürcü politoloq: 27 Sentyabr Cənubi Qafqazda yeni inkişaf mərhələsinin başlanğıcıdır VİDEO

Gürcü politoloq: 27 Sentyabr Cənubi Qafqazda yeni inkişaf mərhələsinin başlanğıcıdır VİDEO

Zəfərə aparan yolun başlanğıcı - ŞƏRH

Dövlət Komitəsinin kollektivi Anım Günündə şəhidlərin xatirəsini yad edib

Azərbaycan Ordusunda Anım Günü silsilə tədbirlərlə qeyd olunub

Bu saata olan əsas xəbərlər

Media və Yayım Şurasının kollektivi Zəfər parkını ziyarət edib VİDEO

Media və Yayım Şurasının kollektivi Zəfər parkını ziyarət edib VİDEO

Diasporla İş üzrə Dövlət Komitəsinin əməkdaşları və xaricdəki soydaşlarımız Zəfər parkını ziyarət ediblər

Niyazinin mənzil-muzeyində Anım Gününə həsr edilmiş tədbir təşkil olunub

BDU kollektivi şəhidlərin xatirəsini ehtiramla yad edib

Malayziyada yaşayan Azərbaycan icması şəhidlərimizin xatirəsini yad edib

Nic qəsəbəsindəki kilsədə şəhidlərimiz anılıb

XRİTDX Anım Günü ilə əlaqədar şəhidlərin xatirəsini ehtiramla anıb

Azərbaycan millisi UEFA Millətlər Liqasına heç-heçə ilə başlayıb - YENİLƏNİB-2

Vətən müharibəsi şəhidlərinin əziz xatirəsi İranda anılıb

Osloda Anım Günü: Şagirdlər şəhidlərimizə həsr olunmuş xüsusi guşə yaradıblar

AQTA-nın kollektivi şəhidləri anıb

Maliyyə Nazirliyinin kollektivi Zəfər parkını ziyarət edib

Türkiyənin Milli Müdafiə Nazirliyi: Azərbaycan qəhrəmanlarının xatirəsini ehtiramla yad edirik

Britaniyada terror aktı hazırlığında şübhəli bilinən 5 nəfər saxlanılıb

Şəhidlərin xatirəsinə ehtiram: Tərtər və Ağdamda anım mərasimləri

Türkiyə Prezidenti: Qarabağ Azərbaycan torpağıdır, əbədi olaraq belə də qalacaq

Elmi ictimaiyyətin nümayəndələri şəhidlərimizin xatirəsini ehtiramla anıblar

İqtisadiyyat Nazirliyinin kollektivi Zəfər parkında şəhidlərin xatirəsini yad edib

Şimal bölgəsində silsilə anım tədbirləri və ağacəkmə aksiyaları təşkil olunub

ANAMA rəhbərliyi Zəfər parkını ziyarət edib

“Zəfərə doğru uzanan yol” - Trakya Universitetində konfrans

27 Sentyabr – Anım Günü Varşavada qeyd olunub

Milli Kitabxanada Anım Gününə həsr olunmuş virtual və ənənəvi sərgi açılıb

ƏƏSMN kollektivi Anım Günündə şəhidlərimizin xatirəsini anıb

Qazaxıstanda hərbi islahat planı hazırlanacaq

Mahir Emreli Litva ilə oyunda qol vuraraq əsgər salamı verib

Şimal-qərb bölgəsində Anım Günü: Şəhidlərin məzarları ziyarət olunub

AZƏRTAC-ın kollektivi Zəfər parkını ziyarət edib VİDEO

AZƏRTAC-ın kollektivi Zəfər parkını ziyarət edib VİDEO

Zelenski: Ukrayna ordusu Donetsk vilayətində mühüm nəticələr əldə edib

Sankt-Peterburqda Anım Gününün altıncı ildönümü qeyd olunub

Mehmet Daniş: Vətən müharibəsi Türkiyə-Azərbaycan qardaşlığının daha bir nümunəsidir

Kənd Təsərrüfatı Nazirliyinin kollektivi şəhidlərimizin xatirəsini ehtiramla yad edib

FHN kollektivi Zəfər parkını ziyarət edib

Tovuz və Qazaxda Anım Günü qeyd olunub

Anım Günü: İnsan hüquqları üzrə müvəkkil şəhidlərin xatirəsinə ehtiramını bildirib

Lənkəran və ətraf rayonlarda şəhidlərin xatirəsi yad edilib

Zəngilanda və Cəbrayılda şəhidlərin xatirəsi yad olunub VİDEO

Zəngilanda və Cəbrayılda şəhidlərin xatirəsi yad olunub VİDEO

Şahin Bayramov: Anım Günü tarixi Zəfərimizin və milli dirçəlişimizin simvoludur

ETSN kollektivi şəhidlərin xatirəsini anıb