“YENİ DÖNƏM: DEMOKRATİK CƏMİYYƏTDƏ PEŞƏKAR QƏZET BURAXMAQ YOLLARI” KİTABININ TƏQDİMAT MƏRASİMİ
ABŞ Beynəlxalq Tədqiqatlar və Mübadilələr Şurasının (IREX) dəstəyi ilə Azərbaycan dilinə tərcümə edilmiş “Yeni dönəm: demokratik cəmiyyətdə peşəkar qəzet buraxmaq yolları” kitabının təqdimat mərasimi keçirilmişdir.
Çıxış edənlər slovakiyalı jurnalist Tatyana Repkovanın təqdim edilən kitabın ilk dəfə 2001-ci ildə ingilis dilində çap olunduğunu, rus variantından Zeynal Məmmədli tərəfindən dilimizə tərcümə edildiyini diqqətə çatdırmışlar. Bildirilmişdir ki, “Qanun” nəşriyyatında min nüsxə tirajla çap olunmuş kitab Bakı Dövlət Universitetinin jurnalistika və Bakı Slavyan Universitetinin filologiya fakültələri elmi şuralarının qərarlarına əsasən, dərs vəsaiti kimi tövsiyə olunmuşdur. Kitabın hələ jurnalistikada ilk addımlarını atanlara da, adlı-sanlı jurnalistlərə, o cümlədən qəzet menecerlərinə də eyni dərəcədə gərəkli və faydalı olacağı, toplunun peşə qaydalarının dolğun və dəqiq açılmasında rolu vurğulanmışdır. Kitabın ali məktəblərin kitabxanalarına, eləcə də jurnalistika fakültələrinə pulsuz paylanacağı qeyd edilmişdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.08.2023 [11:22]
Balaca bir damcı hər şeyi dəyişəcək: nanosensor istehsalında inqilab
- 03.08.2023 [04:43]
Böyük Britaniyada ilk dronlu poçt texnologiyası sınaqdan keçirilib
- 29.07.2023 [12:15]