Azərbaycan Dövlət İnformasiya Agentliyi

Yeni istifadəyə verilmiş Umbakı penitensiar kompleks ictimaiyyətə təqdim olunub

Bakı, 20 noyabr, AZƏRTAC

Bu günlərdə Bakının Umbakı qəsəbəsində istifadəyə verilən yeni müasir penitensiar kompleks beynəlxalq standartlara uyğun inşa olunub. Penitensiar kompleks qarışıq rejimli olmaqla iki zonadan - cəzaçəkmə müəssisəsindən və istintaq təcridxanasından ibarətdir. Müəssisədə ağır və digər cinayət törətməyə görə azadlıqdan məhrum edilmiş məhkumlar, təcridxanada isə təqsirləndirilən şəxslər saxlanılacaq.

AZƏRTAC xəbər verir ki, cəmiyyətin marağı nəzərə alınaraq həmin penitensiar kompleksdə yaradılan şəraitlə yaxından tanış olmaq məqsədilə Ədliyyə Nazirliyi tərəfindən noyabrın 20-də geniş ictimai təqdimat keçirilib, media-tur təşkil olunub.

İctimai təqdimatda Ədliyyə Nazirliyinin, o cümlədən Penitensiar xidmətin aidiyyəti məsul işçiləri, Milli Məclisin deputatları, Vəkillər Kollegiyasının, Mediasiya Şurasının təmsilçiləri, hüquq müdafiəçiləri, Ədliyyə Nazirliyi yanında İctimai Şuranın üzvləri və digər vətəndaş cəmiyyəti institutları, çoxsaylı media nümayəndələri iştirak ediblər.

Tədbir iştirakçıları kompleksdə yaradılan şəraitlə tanış olublar.

Bildirilib ki, dövlətimizin başçısının tapşırıqlarına uyğun olaraq ölkədə ədliyyə sisteminin müasirləşdirilməsi ilə bağlı aparılan islahatlar çərçivəsində penitensiar xidmətin fəaliyyəti təkmilləşdirilir, cəza siyasəti humanistləşdirilir, məhkumların hüquqlarının qorunması, saxlanma şəraitinin, tibbi və digər təminatlarının yaxşılaşdırılması üzrə ardıcıl tədbirlər görülür.

Eyni zamanda, məhkumların cəmiyyətə reinteqrasiyası, yaşayış yerlərinə yaxın ərazilərdə cəza çəkmələri üçün paytaxtda və bölgələrdə müasir penitensiar infrastrukturun yaradılması istiqamətində mühüm işlər görülür. Bununla əlaqədar Bakının Zabrat qəsəbəsində yeni istintaq təcridxanası, cəmiyyətimizin həssas qrupu olan yetkinlik yaşına çatmayan və qadın məhkumlar üçün müasir penitensiar müəssisələr, Naxçıvan Muxtar Respublikasında və Şəkidə belə komplekslər inşa olunub. Lənkəran şəhərində yeni müəssisənin tikintisi artıq başa çatıb, Gəncədə isə inşa işləri davam etdirilir.

Görülən tədbirlər çərçivəsində yeni istifadəyə verilən Umbakı penitensiar kompleks də məhkumların hüquqlarının təmin olunması və sosial adaptasiyası baxımından xüsusi əhəmiyyət kəsb edir.

Məlumat verilib ki, kompleksin ümumi saxlanma limiti 1300 nəfərdir və orada 19 müxtəlif rejimli kamera tipli korpuslar inşa olunub ki, həmin kameralarda məhkumlar hər cür şəraitlə təmin edilib, o cümlədən ayrıca sanitar qovşağı, gəzinti yerləri ayrılıb. Eyni zamanda, kompleksdə təcridxana hissəsində təqsirləndirilən şəxslərin saxlanılması nəzərə alınaraq müstəntiq və vəkillərin rahat fəaliyyət göstərmələri, istintaq hərəkətlərinin aparılması üçün zəruri şərait yaradılıb. Məhbusların məhkəmə iclaslarında məsafədən - videokonfrans vasitəsilə iştirakı, habelə telefon danışıqları və video-görüş üçün lazımi avadanlıqla təchiz olunmuş xüsusi otaqlar qurulub.

İctimaiyyət nümayəndələri kompleksdə məhkumların tibbi təminatı ilə bağlı yaradılmış tibb-sanitar hissələri ilə də tanış olublar. Bildirilib ki, saxlanılan şəxslərə yüksəkkeyfiyyətli tibbi xidmətin göstərilməsi üçün ərazidə müasir tibbi avadanlıqla təchiz olunmuş binalar inşa edilib. Burada kardioloq, stomatoloq, fizioterapevt, ultrasəs müayinəsi, cərrahiyyə, manipulyasiya otaqları, laboratoriya, geniş dərman çeşidləri ilə təchiz olunmuş aptek, bütün şəraiti, stasionar, o cümlədən intensiv terapiya çarpayıları olan kamera-palatalar mövcuddur.

Eyni zamanda, kompleksdə məhkum və həbs edilmiş şəxslərə psixoloji yardımın göstərilməsi üçün zəruri şəraitin yaradılması məmnunluqla qarşılanıb.

Tanışlıq zamanı, həmçinin uzunmüddətli və qısamüddətli görüş otaqlarına da baxış keçirilib. Qeyd olunub ki, uzunmüddətli görüş otaqları studio-mənzil tipli olmaqla zəruri məişət avadanlığı ilə təchiz olunub, öz ailələri ilə rahat vaxt keçirmələri üçün yaradılan müasir şərait məhkumların sosial adaptasiyasına xidmət edir.

İştirakçılar məhkumların asudə vaxtlarının səmərəli təşkili məqsədilə zəruri ədəbiyyatla təchiz olunmuş kitabxana, televizor otağı, idman meydançaları ilə tanış olub, məhkumların təhsil və peşə ixtisaslarına yiyələnmələri üçün yaradılan infrastruktura maraq göstəriblər. Məhbusların keyfiyyətli qidalanmasını təmin etmək üçün müasir avadanlıqla təchiz edilmiş mətbəxdə, yeməkxanada, habelə sənaye tipli qurğuları olan camaşırxanada olaraq yaradılan yüksək şəraiti təqdir ediblər.

Tanışlıqdan sonra media nümayəndələrinin iştirakı ilə ictimaiyyət üçün brifinq keçirilib.

Brifinqdə penitensiar sistemdə həyata keçirilən islahatların, məhkumların saxlanma şəraitinin təkmilləşdirilməsi üzrə görülən tədbirlərin Prezident İlham Əliyevin bu sahənin müasir çağırışlara uyğun inkişafına göstərdiyi xüsusi qayğının və həssas münasibətin əyani təzahürü olduğu, yeni penitensiar kompleksin tikintisinin məhkumların hüquqlarının təminatına, onların səmərəli islah olunaraq sosial adaptasiyasına xidmət etdiyi vurğulanıb.

Eyni zamanda, Ədliyyə Nazirliyi rəhbərliyinin məhkumların cəmiyyətə reinteqrasiyasında innovativ yanaşmanın tətbiqinə önəm verərək bu sahədə vətəndaş cəmiyyəti institutlarının iştirakı ilə ardıcıl tədbirlərin həyata keçirildiyi qeyd olunub.

Çıxış edən ictimaiyyət nümayəndələri müasir penitensiar kompleksin istifadəyə verilməsinin bu sahədə aparılan islahatlara əlavə töhfə olmaqla penitensiar sistemin fəaliyyətinin daha səmərəli həyata keçirilməsinə, məhkumların hüquqlarının etibarlı təminatına yönəldiyini bildirib, dövlətin bu sahəyə diqqət və qayğısından bəhs edib, məhkumlar üçün yaradılan müasir şəraitdən məmnunluqlarını ifadə ediblər. Vurğulayıblar ki, Azərbaycanda insan hüquqlarının təmin edilməsi əməldə özünü göstərir. İstifadəyə verilmiş yeni müəssisələrdə yaradılan yüksək şərait bunun bariz nümunəsidir.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Fransa daxili işlər naziri iğtişaşları hökumətin uğursuzluğu adlandırıb

CNN: Tramp ABŞ-də aralıq seçkilərin nəticələrini Ağ Evdən izləyəcək

Çempionlar Liqasının IV turunun ilk günündə 9 qarşılaşma olub

“Bavariya” Çempionlar Liqasında “Atletiko Madrid”ə qalib gəlib

İspaniyanın nəqliyyat naziri qatar qəzasından sonra istefa verdiyini açıqlayıb

PSJ Çempionlar Liqasında 17 dəqiqəyə dörd qol vuraraq rekord müəyyənləşdirib

NYT: ABŞ və Venesuela hərbi razılaşma üzrə danışıqlar aparır

Oman sahillərində tankerə hücum edilib

Baş məşqçi: “Sabah” üçün hazır və yaxşı formada olan 23 futbolçunu seçdiyimizi düşünürəm

Media: İsrail Trampın 4 milyard dollarlıq maliyyə yardımının dayandırılması ilə bağlı açıqlamasına təəccüblənib

“Qalatasaray” Çempionlar Liqasında növbəti qələbəsini qazanıb

Fransada zərgərlik fabrikindən 50 kiloqramadək qızıl oğurlanıb

Yəmən hökuməti SEPAH-ı husilərə hərbi dəstəyi artırmaqda ittiham edib

Azərbaycan karateçiləri Sofiyada 7 qızıl medal qazanıblar

“Turan” klubu CEV Çempionlar Liqasında qələbə qazanıb

Ankarada Azərbaycanın Zəfər Günü qeyd olunub

Ayxan Mehdizadə: XIX əsrdə Bakı, Gəncə, Şuşa və Dərbənd silah istehsalının mühüm mərkəzləri olub

Leo Qabriadze: Teatrımızın tamaşasını Azərbaycan auditoriyasına təqdim etməkdən məmnunuq

Samuxda yeniyetmə və gənclər şanlı Zəfər dastanını qəhrəmanların dilindən dinləyiblər

“Xilasedici” komandası CEV Çempionlar Liqasında ilk oyununa çıxıb

Pakistanlı ekspert: Rifah dövləti konsepsiyası tənəzzülə uğramaq üzrədir - ŞƏRH  VİDEO

Pakistanlı ekspert: Rifah dövləti konsepsiyası tənəzzülə uğramaq üzrədir - ŞƏRH VİDEO

Şərur rayonunun bəzi kəndlərində elektrik enerjisinin verilişində müvəqqəti fasilə yaranacaq

Avropada bomba hədələri ilə əlaqədar yeddi təyyarədə axtarış aparılıb

Qazaxda Vətən müharibəsi iştirakçıları gənclərlə görüşüblər

ABŞ-də aralıq seçkiləri keçirilir VİDEO

ABŞ-də aralıq seçkiləri keçirilir VİDEO

Ombudsman Səbinə Əliyeva Fəxri xiyabanı ziyarət edib

Sankt-Peterburqda Azərbaycanın turizm potensialı təqdim olunub

Bu saata olan əsas xəbərlər

Aktyor İsrael Demidov: BIAF kimi layihənin bir hissəsi olmaq çox maraqlıdır

Suha Çubukçuoğlu: Avropanın rəqabət qabiliyyətliliyi müdafiə potensialı kimi ictimai dəstəyin qorunub saxlanılmasından asılıdır - ŞƏRH

Günay Əfəndiyeva: Azərbaycan-Özbəkistan qardaşlığını əcdadlarımızın əmanəti kimi qoruyub saxlamalıyıq

Süni intellekt jurnalistin faktları yoxlamaq və redaksiya məsuliyyətini daşımaq funksiyasını əvəz etməməlidir – RƏY

Kansler: Ukraynadakı müharibənin nəticəsi uzun illər Avropanın təhlükəsizlik mühitini müəyyən edəcək

Buxarestdə Azərbaycanın Zəfər Günü qeyd olunub

İki avtobus marşrutunun hərəkət sxemi müvəqqəti dəyişdirilir

Avropada siyasi elitalara inamın azalması Avropa İttifaqının birliyini təhdid edir - ŞƏRH

Professor: Fransa ilə Almaniyada etirazlar sosial-iqtisadi çağırışların və ictimai etimad məsələlərinin aktuallığını göstərir

Folklor İnstitutu Zəfər Gününü qəhrəmanlar və qazilərlə birlikdə qeyd edib

Futzal liqalarında transfer pəncərələrinin tarixləri müəyyənləşib

Turizm eksperti: Qış turizminin inkişafında davamlılıq əsas istiqamətlərdən biri olmalıdır

Konstitusiya Məhkəməsi ilə Dövlət İdarəçilik Akademiyası birgə tədbir keçirib

Aktrisa Yevgeniya Dodina: BIAF-da çox şən ab-hava hökm sürür

Dövlət istiqrazlarının yerləşdirilməsi üzrə hərrac baş tutub

Rusiya-Çin-ABŞ liderlərinin mümkün görüşü: Tərəflər nəyi hədəfləyir?

SEPAH ABŞ-yə məxsus PUA-nı vurduğunu açıqlayıb

® Kino biletləri də “ABB mobile” tətbiqində

Siyasi şərhçi: Avropada artan sosial narazılıq hökumətlərin böhranı idarə etmək qabiliyyətini sınağa çəkir

ADA Universitetinin nümayəndə heyəti İtaliyanın aparıcı ali təhsil müəssisələrində olub

Direktor: Xətai Tibb Mərkəzinə gündə 380-400 nəfər müraciət edir

Rza Əliyev: Azərbaycanın təşəbbüsləri mədəni yaxınlığı konkret əməkdaşlığa çevirir

Mərkəzi Bankın nümayəndələri Hacıqabulda vətəndaşların müraciətlərini dinləyiblər

Fransanın 2027-ci il büdcəsi ilə bağlı suallar yaranıb

® “Expressbank” Bərdədə 300 ağac əkib

Rəhman Quliyev: Qarşıdan gələn qış mövsümü Azərbaycan turizmi üçün kifayət qədər perspektivli olacaq

Baş katib: Azərbaycanın əsas üstünlüyü müxtəlif mədəniyyətləri bir masa ətrafında birləşdirmək bacarığıdır

Dövlət Xidməti: Hərracda 67 nəqliyyat vasitəsi satılıb

Oktyabrda metro ilə 16 milyondan çox sərnişin səfər edib VİDEO

Oktyabrda metro ilə 16 milyondan çox sərnişin səfər edib VİDEO

Ukraynanın Zaporojye vilayətində aviazərbələr nəticəsində ölənlərin sayı 31-ə çatıb, 50-yə yaxın insan itkin düşüb

Bolqarıstan Respublikasının Prezidenti Zati-aliləri xanım İliyana Yotovaya

Fransada kütləvi etirazlar Makron hakimiyyətinin idarəçilik böhranının göstəricisidir - ŞƏRH

Məlahət İbrahimqızı: Ulu Öndərin zəngin siyasi irsi Türk dünyasının tarixində mühüm yer tutur

YAP-ın VIII Qurultayında müəyyənləşdirilən vəzifələr partiya üzvlərinin diqqətinə çatdırılıb

Daşkənddə Qazaxıstan futbolçularının kütləvi zəhərlənməsi ilə bağlı cinayət işi açılıb

Əməkdar müəllim Niftalı Qocayevin 90 illik yubileyi qeyd olunub

Aşıq Ədalət Dəlidağlı: Gənclər aşıq sənətini yaşatmalı, ənənələrimizi gələcək nəsillərə ötürməlidirlər

AHİK-in nümayəndə heyəti Türkmənistanda həmkarlar ittifaqları ilə əlaqələrin inkişafını müzakirə edib

Azərbaycanda əczaçılıq sektorunun inkişafı: sənaye potensialı, investisiyalar və yeni iqtisadi imkanlar

Vışeqrad dördlüyü prezidentlərinin sammiti: Əsas mövzu Ukraynaya dəstək və Aİ-nin genişlənməsidir

Budapeştdə İkinci Dünya müharibəsi dövrünə aid 240-dan çox partlayıcı aşkarlanıb

Con Spenser: Prezident İlham Əliyevin qətiyyətli rəhbərliyi Vətən müharibəsində Qələbəni təmin edən əsas amillərdən biri oldu

Media: Türkiyədə ikinci Atom Elektrik Stansiyasının tikintisi 30 milyard dollara başa gələcək

Xətai Tibb Mərkəzində Göz xəstəlikləri və cərrahiyyə şöbəsi fəaliyyətə başlayıb VİDEO

Xətai Tibb Mərkəzində Göz xəstəlikləri və cərrahiyyə şöbəsi fəaliyyətə başlayıb VİDEO

“Aramco”nun xalis mənfəəti 2,6 milyard dollar artıb

Separatçı əməllərin təşkilinə görə beynəlxalq axtarışda olan şəxs həbs edilib

Bakıda Venesiya ab-havası: Turistlərin heyran qaldığı nağılvari məkandan FOTOREPORTAJ

Qəlbindəki nur ilə seçilən azərbaycanlı

“Liverpul”un futbolçusu “Fənərbağça” ilə oyunu buraxacaq

Sosial həssas qrupdan olan daha 20 tələbə aylıq 200 manat təqaüd alacaq

® “Bir” və “CineMastercard”dan yeni tərəfdaşlıq: Kino biletləri tezliklə “Birbank”da

Rusiya Ukraynanın 9 vilayətində enerji infrastrukturuna zərbələr endirib

Fransalı nazir: Aksiyalarda gözyaşardıcı qazdan və qumbaralardan istifadə dayandırılmayacaq

Rusiya “3+3” formatında növbəti görüşün tezliklə keçirilməsinə ümid edir

Qazi Bəbir Qasımov: Vətən müharibəsində tarixi ədalət öz yerini tapdı

Ursula Fon der Lyayen: Hörmüz böhranı Avropa üçün 127 milyard avro əlavə xərc yaradıb

“Görünən və görünməyən Səməd Vurğun”: Muzeydə maraqlı görüş

“Qalatasaray” və “Fənərbağça”nın sabiq futbolçusu karyerasını bitirib

Azərbaycan üzərindən Qazaxıstan neftinin daşınması üzrə əməkdaşlığın genişləndirilməsi nəzərdən keçirilib

® “Bank of Baku”nun növbəti maliyyə savadlılığı tədbiri Şirvanda baş tutub

“Qanlı Meri”: BIAF-2026 festivalının əsas tamaşası Musiqili Teatrın səhnəsində

İspaniyada futbolçunun vəfatı ilə əlaqədar bir neçə oyun təxirə salınıb

İmişlidə “Aqrar sahədə dövlətin dəstəyi mexanizmləri” mövzusunda panel müzakirəsi keçirilib

“Azərbaycan Dəmir Yolları” yükdaşıma infrastrukturunun inkişafı və rəqəmsallaşma planlarını açıqlayıb

S.Ə.Sadıqovun Azərbaycan Respublikası Dövlət Ehtiyatları Agentliyinin sədri təyin edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Dövlət Ehtiyatları Agentliyinin STRUKTURU

Azərbaycan Respublikası Dövlət Ehtiyatları Agentliyinin ƏSASNAMƏSİ

Azərbaycan Respublikası Dövlət Ehtiyatları Agentliyinin fəaliyyətinin təmin edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

“Tarixi yaşatmaq üçün onu gələcək nəsillərə ötürmək lazımdır”- Vətən Müharibəsi Qəhrəmanı Zaur Hüseynov

Futbol üzrə Asiya Kuboku turniri regional gərginlik səbəbindən təxirə salınıb

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 12 aprel tarixli 163 nömrəli Qərarı ilə təsdiq edilmiş “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” publik hüquqi şəxsin tabeliyindəki tibb müəssisələrinin Siyahısı”nda dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

“Azərbaycan Respublikasının hava limanlarında xüsusilə mühüm şəxslər (VİP) və rəsmi nümayəndə heyətləri salonlarının xidmətlərindən istifadə hüququ olan Azərbaycan Respublikasının vəzifəli şəxslərinin Siyahısı”nın, “Azərbaycan Respublikasının hava limanlarında xüsusilə mühüm şəxslər (VİP) və rəsmi nümayəndə heyətləri salonlarının xidmətlərindən istifadə hüququ olan xarici dövlətlərin və beynəlxalq təşkilatların nümayəndələrinin Siyahısı”nın və “Azərbaycan Respublikasının hava limanlarında xüsusilə mühüm şəxslər (VİP) və rəsmi nümayəndə heyətləri salonlarından istifadə Qaydaları”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2021-ci il 29 oktyabr tarixli 322 nömrəli Qərarında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI