Yeni metodik vəsait: Ümumi riyazi təhsildə ehtimal nəzəriyyəsi elementlərinin mənimsədilməsi texnologiyası
Bakı, 20 may, AZƏRTAC
AMEA-nın Şəki Regional Elmi Mərkəzinin şöbə müdiri, professor Firədun İbrahimov və mərkəzin elmi katibi, riyaziyyat üzrə fəlsəfə doktoru Vüqar Abdurahmanovun həmmüəllifi olduqları “Ümumi riyazi təhsilin həyata keçirilməsi prosesində ehtimal nəzəriyyəsi elementlərinin mənimsədilməsi texnologiyası” metodik vəsaiti nəşr edilib.
AMEA-dan AZƏRTAC-a bildirilib ki, bakalavr təhsil pilləsi üçün nəzərdə tutulan metodik vəsait Azərbaycan Dövlət Pedaqoji Universitetinin Tədris-Metodiki Şurasının qərarı ilə çap edilib.
Dərs vəsaiti riyaziyyat müəllimliyi ixtisası üzrə pedaqoji kadrların hazırlanması prosesinə metodik dəstək göstərilməsi məqsədilə hazırlanıb. Nəşrdə məktəb riyaziyyatı fənn kurikulumunun məzmununa, xarakterik cəhətlərinə və ehtimal nəzəriyyəsi elementlərini ehtiva edən məzmun xəttinə diqqət yönəldilib, ümumi riyazi təhsilin həyata keçirilməsi prosesində ehtimal nəzəriyyəsi elementlərinin mənimsədilməsi texnologiyasının şərhi verilib.
Kitabın elmi redaktoru riyaziyyat elmləri doktoru, dosent Rafiq Rəsulov, rəyçiləri fizika-riyaziyyat üzrə fəlsəfə doktoru, dosent Yusif Şükürlü və riyaziyyat üzrə fəlsəfə doktoru Aysel İmanovadır.
Metodik vəsaitdən ali pedaqoji müəssisələrin tələbələri, ümumtəhsil məktəblərinin müəllimləri faydalana bilərlər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 15.06.2026 [12:28]
Londonda Milli Qurtuluş Gününə həsr olunan şahmat turniri
- 14.06.2026 [17:53]
BDU-nun nəzdində “Gənc istedadlar” liseyində “Son zəng”
- 14.06.2026 [11:37]
“Yüksəliş” müsabiqəsinin əyani mərhələsinin son turu təşkil olunub
- 14.06.2026 [11:00]
Qurtuluşdan Böyük Zəfərə: Heydər Əliyev siyasətinin tarixi nəticələri
- 13.06.2026 [17:36]