Yeni Rəqabət Məcəlləsinin layihəsi hazırlanıb
Bakı, 23 fevral, AZƏRTAC
Azərbaycanda Yeni Rəqabət Məcəlləsinin layihəsi hazırlanıb.
AZƏRTAC xəbər verir ki, bu barədə Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin rəisi Məmməd Abbasbəyli "Heydər Əliyevin rəqabətə davamlı iqtisadiyyatın formalaşdırılmasında rolu” mövzusunda keçirilən elmi konfransda deyib.
O bildirib ki, Rəqabət Məcəlləsinin layihəsi Azərbaycanda antiinhisar qanunvericiliyinin təkmilləşdirilməsi məqsədilə bu sahədə mövcud qanunvericilik aktları əsasında, beynəlxalq təcrübə, o cümlədən Avropa, MDB dövlətlərinin təcrübələri öyrənilməklə hazırlanıb. Qəbul edilməsi gözlənilən Məcəllə rəqabəti və azad sahibkarlığı təşviq etməklə iqtisadiyyatın inkişafını, istehlakçıların rifahını, məhsul və xidmətlərin keyfiyyətinin artırılmasını təmin edəcək.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.10.2026 [19:24]
Rusiya Şimal-Cənub marşrutunun əhəmiyyətini yüksək qiymətləndirir
- 08.10.2026 [18:35]
Neft qiymətləri yenidən kəskin yüksəlib
- 08.10.2026 [18:22]