Yeniyetmə boksçular Şəkidə yarışırlar
Şəki, 22 aprel, Mustafa Dadaşov, AZƏRTAC
Şəki Olimpiya İdman Kompleksində 2010-2011-ci il təvəllüdlü yeniyetmələr arasında boks üzrə zona yarışına start verilib. Gənclər və İdman Nazirliyinin və Azərbaycan Boks Federasiyasının birgə təşkilatçılığı ilə keçirilən yarışda respublikamızın 12 şəhər və rayonunu təmsil edən 70-dək yeniyetmə idmançı mübarizə aparır.
Bu barədə AZƏRTAC-ın bölgə müxbirinə Şəki-Zaqatala Regional Gənclər və İdman İdarəsinin Şəki şəhər sektorundan məlumat verilib.
Zona birinciliyi aprelin 24-dək davam edəcək. Qalib idmançılar diplom və medallarla mükafatlandırılacaqlar.