Yens Stoltenberq Ukrayna ilə bağlı yaradılacaq NATO komandanlığının missiyasını açıqlayıb
Vaşinqton, 11 iyul, AZƏRTAC
NATO sammitinin 3 əsas mövzusu müdafiə və çəkindirmə, Asiya və Sakit okeanı ölkələri ilə əməkdaşlıq və Ukrayna məsələsidir.
AZƏRTAC-ın məlumatına görə, bu sözləri NATO Baş katibi Yens Stoltenberq Vaşinqtonda keçirilən NATO sammiti zamanı deyib. O bildirib ki, bunların içərisində ən əsas məsələ Ukrayna ilə bağlı görüləcək işlər və veriləcək qərarlardır. O, NATO liderlərinin bu həftə Ukraynaya vacib yardım paketini təsdiqləyəcəklərinə ümid etdiyini deyib. Bildirib ki bu paketə həm də Ukraynaya təlim və təhlükəsizlik yardımının çatdırılmasının asanlaşdırılması üçün Almaniyanın Visbaden şəhərində NATO komandanlığının yaradılması da daxildir. “700 heyətdən ibarət olacaq NATO komandanlığı ABŞ-ın indiyə kimi həyata keçirdiyi təhlükəsizlik yardımı və təlimlərin koordinasiyası ilə bağlı rəhbərlik missiyasını öz üzərinə götürəcək. Komandanlıqla yanaşı NATO-nun şərq bölgələrində logistika qovşaqları olacaq”, - deyə Y.Stoltenberq qeyd edib.
Məlahət Nəcəfova
AZƏRTAC-ın xüsusi müxbiri
Vaşinqton
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 15.06.2026 [17:31]
Donald Tramp: Gəmilər Hörmüz boğazından hərəkət etməyə başlayır
- 15.06.2026 [16:38]
Macarıstanda xarici onlayn mağazalar üstünlük qazanır
- 15.06.2026 [15:32]
Avropanın müdafiə sənayesində əməkdaşlıq böhranı dərinləşir
- 15.06.2026 [15:23]
Türkiyənin və İranın xarici işlər nazirləri arasında telefon danışığı olub
- 15.06.2026 [15:08]
Çindən gətirilmiş təhlükəli məhsullar məhv edilib
- 15.06.2026 [15:01]
G7 sammiti ərəfəsində hadisə: bir jandarm həlak olub, iki nəfər yaralanıb
- 15.06.2026 [14:37]