YER KÜRƏSİ GÜNƏŞ SUNAMİSİNƏ MƏRUZ QALA BİLƏR
Bakı, 3 avqust (AZƏRTAC). Ötən istirahət günü bir neçə peyk, o cümlədən NASA-nın yeni peyki Günəşin qeyri-adi fəallığını müşahidə etmişdir. Elmdə koronar tullantı adlanan bu partlayış Yer kürəsi istiqamətində baş vermişdir. Belə təzahürlər, adətən, planetimizdə maqnit qasırğaları yaradır.
“The Telegraph” yazır ki, Günəşdə güclü plazma tullantısı baş vermişdir. Astronomlar iddia edirlər ki, partlayış Yerin ölçülərinə ekvivalent olmuşdur. Ola bilsin, bu, həm də böyük tullantılarla bağlıdır. Bazar gününün aktivliyinin təsiri artıq bu gün Yer üzünə çatmışdır. Alimlərin fikrincə, Yer sakinləri maqnit qasırğalarının təsirini hiss etməkdən başqa, parlaq qütb şəfəqini də izləyəcəklər.
Harvard-Smitsonian Astrofizika Mərkəzinin alimi Qolub Leon demişdir: ”Bu püskürmə düz üstümüzə gəlir”.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 10.08.2026 [12:42]
Sabah bəzi yerlərdə yağış yağacaq VİDEO
- 10.08.2026 [11:57]
Faktiki hava: Bəzi rayonlara leysan yağır
- 09.08.2026 [17:40]
Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq elan olunub
- 09.08.2026 [12:46]
Avqustun 10-da hava necə olacaq? - PROQNOZ
- 08.08.2026 [15:33]
Sabah havanın temperaturu 40 dərəcəyədək yüksələcək
- 07.08.2026 [17:37]
Yağış yağacaq, dolu düşəcək, çaylarda sululuq artacaq – XƏBƏRDARLIQ
- 07.08.2026 [16:39]