YERLİ MÜƏSSİSƏLƏR ÜÇÜN SEMİNAR KEÇİRİLMİŞDİR
Nümayəndəlikdən AZƏRTAC-ın müxbirinə bildirmişlər ki, seminarı biznes sahəsində tanınmış ABŞ eksperti Raymond M.Enik aparmışdır. O, tədbirdə iştirak edən 30-a yaxın şirkət və müəssisələrin nümayəndələrinə ədalətli rəqabətə verilən tələblər, qarışıq bazar elementləri və onun idarə olunması, satış və indeksləşdirmə, alqı-satqıda ödəniş formaları, rəqabətin və satış indeksinin qorunub saxlanması yolları barədə məlumat vermişdir.
Seminarda “Unibank”, “Azpetrol”, “Microsoft”, “British Council”, “FELS Baku Ltd”, “Office Systems Ltd”, “European Bank” və digər müəssisə və şirkətlərə müvafiq sertifikatlar verilmişdir.