Yevgeni Tomaşevski: Qadın şahmatçılarımız möhtəşəm oyun nümayiş etdirdilər
Bakı, 23 noyabr, AZƏRTAC
Fəxr edirəm ki, belə bir komanda ilə işlədim. Şahmatçılarımız qızıl medal qazanmağa layiq idi.
AZƏRTAC xəbər verir ki, bu sözləri qadın şahmatçılardan ibarət yığmanın məşqçisi Yevgeni Tomaşevski Monteneqroda keçirilən Avropa çempionatında komandanın qazandığı uğur barədə jurnalistlərə açıqlamasında deyib.
Rusiyalı mütəxəssis bildirib ki, 15 xal qızıl medal qazanmaq üçün kifayət qədər yaxşı nəticə idi: “Çempion olmağa çox yaxın idik. Qızlarımızın hər biri yarışdan maksimum nəticə ilə ayrıldılar. Möhtəşəm oyun nümayiş etdilər, axıra kimi mübarizə apardılar. Bu, olduqca ciddi və sevindirici uğurdur. Gələcəkdə onlardan daha yaxşı nəticələr gözləyirəm".
Qeyd edək ki, Azərbaycan millisi çempionatda 7 turda qələbə qazanıb. Yalnız bir tur gələcək çempion Bolqarıstana məğlub olub. Bir turda isə heç-heçə qeydə alınıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 05.10.2026 [18:23]
Arda Gülər transfer dəyəri 100 milyon avroya çatan ilk türk futbolçu olub
- 05.10.2026 [17:43]
İngiltərə millisi Çexiya ilə matça ciddi itkilərlə çıxacaq
- 05.10.2026 [16:28]
Azərbaycan gimnastı Böyük Britaniyada 2 qızıl medal qazanıb
- 05.10.2026 [15:25]