YEVLAXDA KÖÇKÜNLƏR ÜÇÜN YENİ QƏSƏBƏ SALINIR
Azərbaycan Respublikası Prezidentinin fərmanına uyğun olaraq, Yevlaxda köçkünlər üçün yeni qəsəbə salınır.
AZƏRTAC-ın müxbiri xəbər verir ki, 65 ailəlik qəsəbə Ermənistandan didərgin düşmüş soydaşlarımız üçün nəzərdə tutulmuşdur. Qəsəbədə sosial obyektlərin tikintisi də nəzərdə tutulmuşdur. Yeni qəsəbənin inşasını “Azəraqrartikinti” Açıq Tipli Səhmdar Cəmiyyəti aparır.