YOL-NƏQLİYYAT QƏZALARI ÖLÜMLƏ NƏTİCƏLƏNMİŞDİR
AZƏRTAC xəbər verir ki, Binəqədi-Mehdiabad yolunda Binəqədi qəsəbə sakinləri Zakir Şahbazovun idarə etdiyi “VAZ-21011” və İlqar Süleymanova məxsus “VAZ-21012” markalı avtomaşınlar toqquşmuşdur. Nəticədə, hər iki sürücü və Z.Şahbazovun sərnişinləri - arvadı Hörmət, qızı Züleyxa xəstəxanaya yerləşdirilmişlər. Z.Şahbazov orada ölmüş, digərlərinin vəziyyəti isə qənaətbəxşdir.
Gədəbəy rayonunun İvanovka kəndi ərazisində isə kənd sakini Alik Məmmədovun “Tofaş” markalı avtomaşını aşırması sürücünün ölümü ilə nəticələnmişdir.
Hər iki faktla bağlı cinayət işi açılmışdır.