YUNANISTANIN YENİ TƏYİN OLUNMUŞ SƏFİRİ YANVARIN 28-DƏ BAKIYA GƏLƏCƏK
AZƏRTAC xəbər verir ki, Yunanıstanın ölkəmizə yeni təyin olunmuş səfiri Temistokles Dimidis yanvarın 28-də Bakıya gələcək.
Yunanıstanın ölkəmizdəki səfirliyindən bildirmişlər ki, yeni səfir 1948-ci ildə anadan olmuş, Afina Universitetinin hüquq fakültəsini bitirmiş, 1972-1975-ci illərdə hərbi xidmətdə olmuş, sonra dörd il hüquqşünas kimi fəaliyyət göstərmişdir.
Temistokles Dimidis 1980-ci ildən Yunanıstanın Xarici İşlər Nazirliyində müxtəlif vəzifələrdə çalışmışdır. O, Yunanıstanın Almaniya və İsraildəki səfirliklərində, nazirliyin dini işlər, beynəlxalq təşkilatlarla iş, protokol şöbələrində işləmişdir. 2002-ci ildən Xarici İşlər Nazirliyinin Şərqi Avropa və Mərkəzi Asiya Departamentinə rəhbərlik etmişdir.
Səfir Temistokles Dimidis ingilis, alman və fransız dillərini bilir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 05.10.2026 [19:49]
TÜRKPA-nın 15-ci Plenar İclasına hazırlıq məsələləri nəzərdən keçirilib
- 05.10.2026 [18:53]
Rəqəmsal Əməkdaşlıq Təşkilatı ilə əməkdaşlıq genişləndirilir
- 05.10.2026 [16:38]
“Azərbaycan parlamentarizmi tarixində qadınlar”: dünəndən bu günə YENİLƏNİB
- 05.10.2026 [11:17]
Hüquqi yardım alan şəxslərin hüquq və vəzifələri müəyyənləşdirilir
- 05.10.2026 [11:03]