Azərbaycan Dövlət İnformasiya Agentliyi

YUNESKO-NUN BAŞ DİREKTORU KOİŞİRO MATSUURANIN AzTV-YƏ MÜSAHİBƏSİ

YUNESKO-nun baş direktoru Koişiro Matsuura avqustun 25-də AzTV-yə müsahibə vermişdir. 

- Cənab baş direktor, ölkəmizə səfərə gəlməzdən əvvəl Azərbaycan haqqında hansı təsəvvürlərə malik idiniz? Səfər çərçivəsində Azərbaycanla tanışlıqdan sonra təəssüratınız necədir? Əvvəlki və indiki təsəvvürləriniz üst-üstə düşürmü? Yoxsa fərqli məqamlar da oldu?

- Mənim Azərbaycana ilk səfərim beş il öncə baş tutmuşdu. İndiki səfərim zamanı bir çox dəyişikliklərin şahidi oldum. Xüsusən də demək istəyirəm ki, Azərbaycanın iqtisadiyyatı bu gün rəvan qaydada inkişaf etməkdədir. 5-6 il ərzində Azərbaycan hökuməti, xüsusilə neft sənayesinin inkişafından böyük gəlirlər əldə etmişdir. Hökumət bu gəlirləri məhz inkişafa sərf edir.

- Azərbaycan sizin rəhbərlik etdiyiniz YUNESKO çərçivəsində həyata keçirilən tədbirlərdə necə iştirak edir?

- Azərbaycan YUNESKO-nun çərçivəsində keçirilən tədbirlərdə get-gedə daha fəal iştirak edir. Xüsusilə də mən vurğulamaq istəyirəm ki, ölkənin birinci xanımı Mehriban Əliyeva YUNESKO-nun xoşməramlı səfiri seçildikdən sonra böyük fəaliyyətə başlamışdır. Qısa müddət ərzində o, şifahi və musiqi ənənələrinin təbliği və qorunması sahəsində böyük xidmətlər göstərmişdir.

Bundan əlavə, Azərbaycan hökumətinin rəsmiləri də YUNESKO səviyyəsində keçirilən tədbirlərə çox fəal qoşulurlar. Xüsusilə hazırda Azərbaycan ilə YUNESKO arasında təhsil sahəsində aparılan əməkdaşlıqdan çox məmnunam.

- Cənab baş direktor, məlumdur ki, YUNESKO-nun xoşməramlı səfiri adına dünyada çox az sayda adam layiq görülmüşdür. Onlardan biri də öz nəcib və xeyirxah əməlləri ilə ölkəmizdə böyük rəğbət qazanan Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun və Azərbaycan Mədəniyyətinin Dostları Fondunun prezidenti Mehriban xanım Əliyevadır. Mehriban xanımın YUNESKO-nun xoşməramlı səfiri kimi fəaliyyətini necə qiymətləndirirsiniz?

- On il bundan öncə Azərbaycanın birinci xanımı Mehriban xanım Əliyeva Azərbaycan Mədəniyyətinin Dostları Fondunu yaratmış və həmin Fondun çərçivəsində böyük işlər görülmüşdür. Mən onun bu sahədəki fəaliyyətini izləyir və yaxından öyrənirdim. Mən gördüm ki, bu sahədə Mehriban xanımın xidmətləri əvəzsizdir və belə qərara gəldim ki, o, YUNESKO-nun xoşməramlı səfiri təyin edilsin. Bu hadisə bir il bundan əvvəl baş verdi. O, bu vəzifəyə təyin olunduqdan sonra Azərbaycanda mədəniyyət sahəsində böyük işlər görmüşdür. Biz onun xüsusilə şifahi və musiqi ənənələrinin qorunması sahəsindəki fəaliyyətini qeyd edirik. Bu da ki, YUNESKO-da qəbul olunmuş tədbirlə desək, qeyri-maddi mədəni irsin qorunması deməkdir.

Mehriban xanım Əliyeva Azərbaycan təhsili sahəsində də böyük xidmətlər göstərmişdir. İndi o, nəinki Azərbaycanda, həm də regional miqyasda, hətta deyərdim ki, qlobal miqyasda fəaliyyət göstərir.

YUNESKO-nun iki konvensiyası var. Biri maddi mədəni irslə bağlıdır. İki il öncə, 2003-cü ildə qəbul edilmiş Konvensiya isə qeyri-maddi mədəni irsin qorunması ilə bağlıdır və onun təqdimat mərasimi Rusiya Federasiyasının Kazan şəhərində keçirilmişdir. Yaxşı yadımdadır, o vaxt biz regional bir toplantı keçirdik. Azərbaycanın birinci xanımı da həmin toplantıda iştirak etdi və mənim bir daha imkanım oldu ki, onunla şəxsən görüşüm və ikitərəfli əməkdaşlıq məsələlərini müzakirə edək. Bir sözlə, yenə demək istəyirəm ki, Mehriban xanım qeyri-maddi mədəni irsin təbliği və qorunmasında çox fəal iştirak edir. Həm regional səviyyədə, həm də qlobal səviyyədə onun xidmətləri çox əhəmiyyətlidir. Mən bunu görməkdən çox şadam.

- Cənab baş direktor, siz bu gün Qobustanda olmusunuz və Mehriban xanım Əliyeva bu qədim tarixi abidənin dünya mədəni irs siyahısına salınması barədə təkliflə çıxış edibdir. Bu məsələyə münasibətiniz necədir? Yəni gözləmək olarmı ki, yaxın vaxtlarda bu abidə, yəni Qobustan həmin siyahıya salınacaq?

- Bəli, mən bu gün Qobustana səfər etdim. Qobustana səfərim mənə xoş, unudulmaz təəssürat bağışladı. Daşlarda, qayalarda olan təsvirləri görməkdən çox məmnun oldum və bunu özüm üçün çox maraqlı səfər hesab edirəm. Mən o tarixi abidənin çox mühüm cəhətlərini gördüm. Azərbaycanın birinci xanımı Mehriban Əliyeva təklif etmişdir ki, Qobustan qoruğu da dünya mədəni irsi siyahısına daxil edilsin. Bu məsələ baxılmaqdadır.

Mən sizə məlumat vermək istərdim ki, Azərbaycan tərəfindən qaldırılmış bu təşəbbüs əsasında Qobustanın namizədliyi artıq gündəlikdə durur. Lakin bu məsələ ilə bağlı biz sonra Mehriban xanımla, habelə mədəniyyət naziri ilə hərtərəfli müzakirələr apardıqdan sonra belə bir qərara gəlmişik ki, YUNESKO-nun iki əsas tələbi var və onlar yerinə yetirilməlidir ki, Qobustan həmin siyahıya daxil edilsin. Birincisi ondan ibarətdir ki, tarixi abidə olaraq Qobustana aid bütün sənədlər lazımi formada hazırlanmalıdır. İkincisi, Qobustanla bağlı hərtərəfli idarəçilik planı hazırlanmalıdır. Bu iki tələb yerinə yetirilərsə, Qobustanın adı həmin siyahıya daxil ediləcəkdir. YUNESKO çərçivəsində Ümumdünya İrs Komitəsi var və o, hər il öz iclaslarını keçirir. Sonuncu iclas Cənubi Afrikada - Durban şəhərində olub, növbəti toplantı isə 2006-cı ilin yayında Litvada keçiriləcəkdir. Mən çox ümidvaram ki, bu toplantı zamanı Azərbaycanın mühüm abidəsi sayılan Qobustan da irs siyahısına daxil ediləcəkdir.

Bütün bunları nəzərə alaraq, hesab edirəm ki, biz YUNESKO-nun missiyasını Azərbaycana göndərəcəyik. Yəni ekspertlər öz azərbaycanlı həmkarlarına Qobustana aid sənədlərin tərtibatında texniki yardım göstərsinlər ki, biz istədiyimizə nail ola bilək. Mən tam əminliyimi bildirmək istəyirəm ki, dediyim iki tələb yerinə yetirildikdən sonra Komitənin iclasında qərar qəbul ediləcək ki, Qobustanın adı dünya mədəni irs siyahısına daxil olunsun.

- Artıq bütün dünyaya məlumdur ki, Azərbaycanın torpaqlarının 20 faizi Ermənistan tərəfindən işğal olunub və həmin ərazidəki xeyli sayda qədim tarixi abidələr ermənilər tərəfindən dağıdılmışdır. YUNESKO-nun bu məsələyə ciddi reaksiyasını gözləmək olarmı və siz bu sahədə Azərbaycana hansı yardımları edə biləcəksiniz?

- Ən təcili məsələ ondan ibarətdir ki, münaqişə tezliklə dinc yolla öz həllini tapsın. Mən hesab edirəm ki, bu münaqişənin aradan qaldırılması BMT tərəfindən qəbul olunmuş dörd qətnamə əsasında baş verməlidir. YUNESKO-nun əsas məramı ondan ibarətdir ki, dünyanın istənilən yerində hər hansı mədəni abidə qorunsun. Mən bu münaqişə nəticəsində bir milyondan artıq azərbaycanlı qaçqın və məcburi köçkünün çox ağır və çətin vəziyyətdə yaşamasından məyusluğumu bildirirəm. Bu günlərdə də onların əzab-əziyyətləri davam edir. Ümid edirəm ki, bu məsələ BMT-nin qətnamələri əsasında öz həllini tapacaq və bundan sonra, şübhəsiz ki, YUNESKO həmin abidələrin qorunması ilə bağlı daha qəti və daha konkret formada hansısa tədbir görə bilər.

YUNESKO dünyanın istənilən ölkəsində tarix və mədəniyyət abidələrinin dağıdılmasının əleyhinədir və bu, qəbuledilməzdir. Çünki YUNESKO çərçivəsində bir sıra konvensiyalar qəbul olunubdur. Mən maddi-mədəni irsin qorunması ilə bağlı 1972-ci ildə qəbul edilmiş Konvensiyanı xatırlatmaq istəyirəm. Həmin Konvensiyanı eyni zamanda Qobustana, İçərişəhərə də aid etmək olar və bildiyiniz kimi, İçərişəhər artıq dünya mədəni irs siyahısındadır. Digər konvensiyalar da var, məsələn, Haaqada qəbul olunmuş 1954-cü il Konvensiyası. Yəni hüquqi mexanizmlər var, lakin dediyiniz abidələrin qorunması sahəsində YUNESKO-nun səmərəli fəaliyyəti, iş görməsi üçün ilk şərt odur ki, münaqişə dinc yolla, sülh yolu ilə öz həllini tapsın.

- Cənab baş direktor, Azərbaycana səfərinizdən razı qaldınızmı? Bu səfər Azərbaycan-YUNESKO əməkdaşlığının perspektivinə nə verə biləcək?

- Mən Azərbaycana ikinci səfərimdən çox razıyam. Eyni zamanda, ilk səfərimdən də çox məmnun qalmışdım. Azərbaycana ilk səfərim 2000-ci ilin aprel ayında baş tutdu, çox maraqlı keçdi. Lakin indiki səfərim daha səmərəli və daha faydalıdır. Əgər biz YUNESKO və Azərbaycan arasında əməkdaşlığın perspektivləri haqqında danışsaq, mən onu deyə bilərəm ki, biz Azərbaycanın təhsil sistemində islahatların aparılmasında ölkənizə yardım göstərməyi planlaşdırırıq. Azərbaycan Prezidenti cənab İlham Əliyev məni qəbul edəndə onun təhsil məsələsinə birinci dərəcəli əhəmiyyət verdiyini eşitməkdən çox şad oldum. Cənab Prezident mənə məlumat verdi ki, ölkənin büdcə vəsaitinin 20 faizdən çoxu məhz Azərbaycanda təhsil problemlərinə, təhsil məsələlərinə sərf olunur. Bu da çox təqdirəlayiq hadisədir. Cənab Prezident öz fikirlərində, öz mövqeyində çox qətidir ki, Azərbaycanın təhsil sistemində islahatlar aparılmalıdır və gənclər üçün keyfiyyətli təhsil təmin olunmalıdır. Bu baxımdan bir daha demək istəyirəm ki, BMT-nin Elm, Təhsil və Mədəniyyət Məsələləri Təşkilatı - YUNESKO Azərbaycana yeni bir missiya ilə gələcəkdir. Ekspertlərimiz Azərbaycana gəlib öz həmkarları ilə təhsil sahəsində birgə işləyəcəklər ki, lazımi nəticələr əldə olunsun. YUNESKO ilə Azərbaycan arasında elm və kommunikasiya texnologiyaları sahələrində də əməkdaşlıq aparıla bilər. Lakin mənim səfərimin yekunları haqqında danışsaq, hazırda əməkdaşlığımızın iki əsas istiqaməti mədəniyyət və təhsil sahəsi olacaqdır.

- Müsahibəyə görə təşəkkür edirik.

 

 

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

İsrail Qolan təpələrində yeni müdafiə xətti qurur

Husilər Səudiyyə Ərəbistanında hava limanlarına və “Aramco” obyektinə hücum ediblər

Fridrix Merts: Baltikyanı ölkələrin təhlükəsizliyi Almaniyanın təhlükəsizliyidir

UEFA Millətlər Liqası: Fransa Belçikanı məğlub edib

Hörmüz boğazında tanker naməlum mənşəli mərmi ilə vurulub

ABŞ Litvada hərbi baza yaradılması təklifini nəzərdən keçirəcək

Fransada liseylərdə etirazlar gərginləşir: 1000-ə yaxın şəxs saxlanılıb

Britaniya hökuməti “RAF Fairford” bazasının təhlükəsiz olduğunu bildirib

Türkiyə, Səudiyyə Ərəbistanı və Pakistan kollektiv çəkindirmə mexanizmini aktivləşdirmək barədə razılığa gəliblər

Dosent: Əlyazma irsimizin gənc nəslə çatdırılmasında müəllimin rolu mühümdür

Türkiyədə təyyarədə bomba olması barədə həyəcan siqnalı daxil olub

Nərimanovda çoxmərtəbəli yaşayış binasında yanğın baş verib

Lənkəranda idarəetmədən çıxan avtomobil kanala aşıb

Şimal-qərb bölgəsinin bir qrup təhsil işçisi təltif olunub

Ərdəbil Moqan Honar Teatrı V Şəki Beynəlxalq Teatr Festivalında çıxış edib

Tovuzda ata oğlunu bıçaqlayıb

Prezident İlham Əliyevin müdrik siyasəti illərlə blokadada qalmış Naxçıvanı nəqliyyat qovşağına çevirir - EKSKLÜZİV MÜSAHİBƏ VİDEO

Prezident İlham Əliyevin müdrik siyasəti illərlə blokadada qalmış Naxçıvanı nəqliyyat qovşağına çevirir - EKSKLÜZİV MÜSAHİBƏ VİDEO

Almaniya Şimal dənizi sahilində ikinci hərbi-dəniz bazasının yaradılmasını planlaşdırır

Ceyhun Bayramov: Afrika ölkələri ilə əlaqələrin inkişafı Azərbaycanın xarici siyasətinin prioritetlərindəndir

Şəhid xanımlarının təhsilinə dəstək məqsədilə yeni imkanlar yaradılır

Ceyhun Cəlilov: Naxçıvan şəhərinin 2044-cü ilədək inkişafına dair Baş planda əlçatanlıq və müasir şəhərsalma əsas götürülüb VİDEO

Ceyhun Cəlilov: Naxçıvan şəhərinin 2044-cü ilədək inkişafına dair Baş planda əlçatanlıq və müasir şəhərsalma əsas götürülüb VİDEO

Səlahiyyətli nümayəndə: Naxçıvanın enerji şəbəkəsi ölkənin vahid sisteminə və ixrac magistrallarına qoşulacaq VİDEO

Səlahiyyətli nümayəndə: Naxçıvanın enerji şəbəkəsi ölkənin vahid sisteminə və ixrac magistrallarına qoşulacaq VİDEO

Naxçıvanda 400-dən çox imtiyazlı şəxsə mənzil, 635 nəfərə isə avtomobil verilib VİDEO

Naxçıvanda 400-dən çox imtiyazlı şəxsə mənzil, 635 nəfərə isə avtomobil verilib VİDEO

Ceyhun Cəlilov: Naxçıvanın zəngin mineral resursları dağ-mədən sənayesinin inkişafına təkan verəcək VİDEO

Ceyhun Cəlilov: Naxçıvanın zəngin mineral resursları dağ-mədən sənayesinin inkişafına təkan verəcək VİDEO

Türkiyə rəsmiləri Ər-Riyadda keçirilən müzakirələrdə iştirak ediblər VİDEO

Türkiyə rəsmiləri Ər-Riyadda keçirilən müzakirələrdə iştirak ediblər VİDEO

Hədəf 2028-ci ilədək Naxçıvanı heyvan xəstəliklərindən azad zonaya çevirməkdir VİDEO

Hədəf 2028-ci ilədək Naxçıvanı heyvan xəstəliklərindən azad zonaya çevirməkdir VİDEO

Ceyhun Cəlilov: Yeni reallıq Naxçıvanı beynəlxalq nəqliyyat qovşağına çevirir VİDEO

Ceyhun Cəlilov: Yeni reallıq Naxçıvanı beynəlxalq nəqliyyat qovşağına çevirir VİDEO

Prezident İlham Əliyevin sosial media hesabında cüdo üzrə dünya çempionatının açılış mərasimi ilə bağlı videoçarx paylaşılıb VİDEO

Səlahiyyətli nümayəndə: Naxçıvan şəhərinin ictimai nəqliyyatı tamamilə elektrobuslarla təmin olunub VİDEO

Səlahiyyətli nümayəndə: Naxçıvan şəhərinin ictimai nəqliyyatı tamamilə elektrobuslarla təmin olunub VİDEO

Yəmən hökumət qüvvələri Moha şəhərinə nəzarəti bərpa edib

Tramp: Benzinin qiymətini artıq Hörmüz boğazı qaldırmır

Yeni dərman zavodundan REPORTAJ VİDEO

Yeni dərman zavodundan REPORTAJ VİDEO

Azərbaycanın xarici işlər naziri ilə ABŞ-nin Dövlət katibi arasında telefon danışığı olub

Xüsusi təyinatlı təhsil müəssisələrində Beynəlxalq Müəllimlər Günü qeyd edilib

Efiopiyada hava zərbələri nəticəsində 17 nəfər həlak olub

Prezidentin sosial media hesablarında dərman istehsalı müəssisəsinin açılışı ilə bağlı videoçarx paylaşılıb VİDEO

Vyetnamda keçirilən festivalda Azərbaycan mədəniyyəti təqdim olunub

Bu saata olan əsas xəbərlər

“Qobustanda arxeoloji sirlərin geofiziki üsullarla aşkarlanması” – BDU-da beynəlxalq fənlərarası seminar

TÜRKPA-nın 15-ci Plenar İclasına hazırlıq məsələləri nəzərdən keçirilib

Yarımçıq qalan dərs davam edir - Kəlbəcərli müəllimin illər sonra gerçəkləşən arzusu VİDEO

Yarımçıq qalan dərs davam edir - Kəlbəcərli müəllimin illər sonra gerçəkləşən arzusu VİDEO

BDU və Qobustan Milli Tarix-Bədii Qoruğu arasında anlaşma memorandumu imzalanıb

Fransa hökuməti 2027-ci il büdcəsini qəbul etdirmək üçün bütün variantları nəzərdən keçirir

Böyük Qafqazın cənub yamaclarının ekocoğrafi xüsusiyyətləri öyrənilir

Fransalı musiqiçilər: “Baku Jazz Festival-2026”da çıxış etməkdən çox məmnunuq

İçərişəhərdə Azərbaycanın ilk “Çaydan Xəzinəsi Muzeyi” açılıb

Professor: Müəllim gənc nəslin informasiya və ideoloji dayanıqlığının formalaşmasında mühüm rol oynayır

NDU-da Beynəlxalq Müəllimlər Günü qeyd olunub VİDEO

NDU-da Beynəlxalq Müəllimlər Günü qeyd olunub VİDEO

Nazirlik: Yeni Fərman övladlığagötürmə prosesinin daha çevik və əlçatan olmasına imkan yaradır

“Gen Pharma Caucasus Manufacturing Operations”: Dərmanların qiyməti münasib olacaq

Azərbaycan Cənubi Koreyada musiqi festivalında təmsil olunub

AZSTAND-ın nümayəndə heyəti Parisdə ISO-nun illik toplantısında iştirak edib

Azərbaycan və Gürcüstan Müdafiə nazirliklərinin nümayəndələri arasında görüş olub

Vətən müharibəsində döyüş yoldaşlarına su gətirərkən şəhid olub... VİDEO

Vətən müharibəsində döyüş yoldaşlarına su gətirərkən şəhid olub... VİDEO

Avropa İttifaqı Moldovaya 157 milyon avro vəsait ayırıb

Rəqəmsal Əməkdaşlıq Təşkilatı ilə əməkdaşlıq genişləndirilir

Nazir: Azad edilmiş torpaqlarda aqrar iqtisadiyyatın böyük nəticələrini 2030-cu ilədək görəcəyik - EKSKLÜZİV VİDEO

Nazir: Azad edilmiş torpaqlarda aqrar iqtisadiyyatın böyük nəticələrini 2030-cu ilədək görəcəyik - EKSKLÜZİV VİDEO

“Yaradıcı Filmaton” layihəsi başa çatıb

Prezident İlham Əliyev cüdo üzrə dünya çempionatının açılış mərasimində iştirak edib YENİLƏNİB VİDEO

Hacettepe Universitetinin akademik heyəti TAU-da müntəzəm mühazirələr oxuyacaq

Elçin Əliyev: "Çaydan Xəzinəsi Muzeyi"ndə müxtəlif ölkələrə və dövrlərə aid 219 çaydan nümayiş etdirilir

Sabahdan kirayə mənzil mexanizmi üzrə müraciətlərin qəbulu müvəqqəti dayandırılır

Ağdamın aqrar potensialı ilə tanışlıq: Rayona mediatur təşkil olunub VİDEO

Ağdamın aqrar potensialı ilə tanışlıq: Rayona mediatur təşkil olunub VİDEO

Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin iclasında 7 məsələ müzakirəyə çıxarılıb

Arda Gülər transfer dəyəri 100 milyon avroya çatan ilk türk futbolçu olub

Pakistan hökuməti əhalinin yanacaq xərclərini azaltmaq üçün yardım proqramı başladıb

UNEC-də Aptis Mərkəzi fəaliyyətə başlayıb

İçərişəhərdə “İrs üçün yarat” memarlıq müsabiqəsi elan olunub

Rəsədxanada “Sual şagirddən – cavab alimdən” layihəsinə başlanılıb

ETİHİ Respublika Komitəsinin əməkdaşları azad edilmiş torpaqlarda çalışan müəllimlərlə görüşüblər

Agentlik: 277 ahıl müəllimə evlərində sosial-məişət xidməti göstərilir

Arxeoloq: Şahbulaq ətrafındakı alban abidələri tədqiq edilir

Azərbaycan rəqəmsal transformasiya və innovasiya sahəsində beynəlxalq əməkdaşlığı genişləndirir

Zelenski: Zərbə nəticəsində göyərtəsində Azərbaycan vətəndaşlarının olduğu gəmilər zədələnib

Quruluşçu rejissor: Tamaşaçı səhnədə hər birimizin həyat boyu gözlədiyi “Qodo”ları görəcək

Özbəkistan və Azərbaycan: 30 illik etimad, dostluq və yeni imkanlar

Tailandda daşqınlar 31 nəfərin həyatına son qoyub

Almaniyada yeni avtomobillərin üçdəbirindən çoxu elektriklidir

Azərbaycan hərbçiləri Pakistanda keçirilən təlimlərdə iştirak ediblər

Nazir müavini Firudin Qurbanov Tərtərdə vətəndaşların müraciətlərini dinləyəcək

Ərdoğan: Türkiyədə hazırlanan kosmik aparatın istehsal, montaj və inteqrasiya işləri tamamlanıb

Yeni dərman istehsalı müəssisəsi yerli əczaçılıq sənayesinin inkişafına yeni imkanlar açır – ŞƏRH

İngiltərə millisi Çexiya ilə matça ciddi itkilərlə çıxacaq

Bakıda Ermənistan ərazisindəki ekoloji fəaliyyətlərin regiona təsirlərinə dair brifinq keçirilib VİDEO

Bakıda Ermənistan ərazisindəki ekoloji fəaliyyətlərin regiona təsirlərinə dair brifinq keçirilib VİDEO

Naxçıvanda DOST Qəbul şöbələri yaradılır

III Tələbə Mentorluq Proqramında 83 nəfər iştirak edib

Çində küləyin sürətini ölçmək üçün nəzərdə tutulmuş dünyanın ən hündür qülləsinin tikintisi başa çatdırılıb

Qazaxıstan hərbçilərinin Xəzər dənizinə düşməsi ilə bağlı 5 vəzifəli şəxs həbs olunub

“Rosatom”: Zaporojye AES hücuma məruz qalıb və zədələnib

Gəncədə irigövdəli ağacın budağı hərəkətdə olan avtomobilin üstünə düşüb VİDEO

Gəncədə irigövdəli ağacın budağı hərəkətdə olan avtomobilin üstünə düşüb VİDEO

“Təhsildə yeni çağırışlar” VII Beynəlxalq Forumu

Azərbaycan və Ukrayna ombudsmanları insan hüquqlarının müdafiəsində əməkdaşlığı gücləndirirlər

Böyük Qayıdış regional inkişafın yeni mərhələsini formalaşdırır - ŞƏRH

Növbəti iki gündə hava yağıntılı olacaq – XƏBƏRDARLIQ

Nanodərmanlar XXI əsrin möcüzəsi olacaq

Bakıda cüdo üzrə dünya çempionatının təntənəli açılış mərasimi keçirilib - YENİLƏNİB VİDEO

Bakıda cüdo üzrə dünya çempionatının təntənəli açılış mərasimi keçirilib - YENİLƏNİB VİDEO

“Naxçıvan 2050: Süni intellektlə yaradılan memarlıq nümunələri” müsabiqəsi başlayıb

Türkiyə və Azərbaycanın elm tarixinin səhifəsi: akademik Bəhram Əsgərovun parlaq yolu

Türkmən baxşı sənəti Türk dünyasının şifahi mədəni yaddaşında mühüm həlqədir

“MEK Könüllülük proqramı”: növbəti qəbul prosesində 300-dən çox müraciət daxil olub