ZAQATALADA MÜŞAVİRƏ KEÇİRİLMİŞDİR
Əvvəlcə tədbir iştirakçıları, xalqımızın ümummilli lideri Heydər Əliyevin abidəsi önünə təzə-tər gül dəstələri düzərək ulu öndərin xatirəsini dərin ehtiramla yad etmişlər.
Sonra Zaqatala Rayon İcra Hakimiyyətinin akt zalında davam etdirilən müşavirədə qeyd olunmuşdur ki, bu tədbirdən əsas məqsəd əhalini mülkiyyətçilərin hüquqlarının rəsmiləşdirilməsi qaydaları, Daşınmaz Əmlakın Dövlət Reyestri xidmətinin fəaliyyət istiqamətləri haqqında məlumatlandırmaqdır.
Vətəndaşların əmlak hüququnun qorunması sahəsində aparılan uğurlu siyasətin əsas məqamlarından bəhs edən Dövlət Reyestri Xidmətinin rəisi A.Qaraşov əsas məqsədin respublikada beynəlxalq standartlara uyğun mülkiyyətin vahid qeydiyyat sisteminin yaradılması olduğunu diqqətə çatdırmışdır. O vurğulamışdır ki, qeydiyyat sisteminin regionlar üzrə aparılması ərazilərdə iqtisadi inkişafın sürətlənməsinə kömək edəcək, daşınmaz əmlak bazarına sərmayə qoyuluşunun həcmini artıracaqdır.
Zaqatala və Balakən rayonlarını əhatə edən ərazi idarəsinin yeni təyin olunmuş rəisi Fitat İsmayılov, ona göstərilən bu etimadı doğruldacağını söyləmişdir. Müşavirədə iştirak edən yerli icra, bələdiyyə və digər müvafiq strukturların nümayəndələrinin suallarına aydınlıq gətirilmişdir.
Sonda bir qrup mülkiyyət sahibinə dövlət reystrindən çıxarışlar təqdim olunmuşdur.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 12.10.2026 [18:32]
Baş nazir: Azərbaycandan elektrik enerjisini vasitəçi olmadan idxal edirik
- 12.10.2026 [18:31]
Azərbaycanın xarici ticarət dövriyyəsinin həcmi açıqlanıb
- 12.10.2026 [18:27]
Azərbaycan Qlobal İnnovasiya İndeksində mövqeyini 9 pillə yaxşılaşdırıb
- 12.10.2026 [18:24]
AYNA: 18 marşrutun hərəkət sxemi müvəqqəti dəyişdirilir
- 12.10.2026 [18:12]
Doqquz ayda 620 dövlət standartı qəbul edilib
- 12.10.2026 [17:28]
Azərbaycanda istehlak qiymətləri 5,7 faiz artıb
- 12.10.2026 [17:03]