ZAQATALADA ŞAHMAT ÜZRƏ RESPUBLİKA OLİMPİADASI KEÇİRİLİR
Zaqatala, 2 iyul (AZƏRTAC). İyulun 2-də Zaqatala Olimpiya-İdman Kompleksində 16 yaşadək yeniyetmələr arasında şahmat üzrə respublika olimpiadasının startı verilmişdir.
Yarışların rəsmi açılış mərasimində çıxış edən Zaqatala Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Ramazan Məmmədov ümummilli liderimiz Heydər Əliyevin Azərbaycan idmanının inkişafındakı xidmətlərindən danışmış, hazırda bu siyasətin Milli Olimpiya Komitəsinin rəhbəri, Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini xüsusi vurğulamışdır. Natiq yeniyetmələr arasında şahmat üzrə respublika olimpiadasının 3 il dalbadal Zaqatalada keçirilməsini yüksək qiymətləndirmiş, regionlarda keçirilən respublika səviyyəli belə yarışların idmanın kütləviliyinin artmasına və inkişafına böyük təkan verdiyini bildirmişdir.
Mərasimdə Azərbaycan Şahmat Federasiyasının birinci vitse-prezidenti Faiq Həsənov, Gənclər və İdman Nazirliyinin məsul nümayəndəsi Lütviyar Rüstəmov çıxış edərək Zaqatala rayonunda bütün idman yarışlarının həmişə yüksək səviyyədə təşkil olunduğunu xüsusi vurğulamış, yaradılan şəraitə görə rayon rəhbərliyinə minnətdarlıqlarını bildirmişlər.
Sonra yarışlarınstartı verilmişdir.
Xatırladaq ki, 11 gün davam edəcək şahmat olimpiadasında respublikanın 60 şəhər və rayonunu təmsil edən 320 yeniyetmə oğlan və qız mübarizə aparır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 16.10.2026 [13:03]
“Borussiya Dortmund”un Bakıya gəliş tarixi bəlli olub
- 16.10.2026 [11:09]
İdman tarixində bu gün: Messinin “Barselona”da rəsmi debütündən 22 il ötür
- 16.10.2026 [10:35]
Azərbaycanın minifutbol millisi dünya çempionatında yarımfinal oyununa çıxır
- 16.10.2026 [10:26]
Azərbaycan futzal millisi seçmə mərhələdə mübarizəyə başlayır
- 16.10.2026 [10:20]
Azərbaycanın qadın güləşçisi dünya ikincisi olub
- 16.10.2026 [10:13]