ZAQATALADA ULU ÖNDƏRİN XATİRƏSİNƏ HƏSR OLUNMUŞ İDMAN YARIŞLARI KEÇİRİLƏCƏKDİR
Zaqatala rayon gənclər və idman idarəsi xalqımızın ümummilli lideri Heydər Əliyevin 85 illik yubileyi münasibətilə geniş tədbirlər planı hazırlamışdır.
İdarədən AZƏRTAC-ın müxbirinə bildirmişlər ki, aprelin 20-də Zaqatala Olimpiya-İdman Kompleksində ulu öndərin 85 illik yubileyinə həsr olunmuş cüdo üzrə rayon birinciliyi keçiriləcəkdir. Yarışlara 200-ə yaxın idmançının qatılacağı gözlənilir. Aprelin ikinci yarısında Aşağı Tala kəndinin idman meydançasında futbol üzrə rayon birinciliyinə start veriləcəkdir. Turnirin final oyunu mayın 10-da baş tutacaqdır.
Bundan əlavə, mayın 2-də Yuxarı Çardaxlar kəndində sərbəst çüləş üzrə rayon birinciliyi də təşkil olunacaqdır.
Tədbirlər planında həmçinin, ulu öndərin irsini öyrənmək və gənclər arasında geniş təbliğ etmək məqsədi ilə dəyirmi masaların, konfransların, ədəbi-bədii gecələrin keçirilməsi də nəzərdə tutulmuşdur.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.10.2026 [11:55]
AMADA "Kəpəz" klubunda seminar keçirib
- 09.10.2026 [11:46]
İngiltərə klubunun sahibi komandanın satışını nəzərdən keçirir
- 09.10.2026 [11:10]
NTD amerikalı basketbolçunu transfer edib
- 09.10.2026 [10:47]
Azərbaycanın 8 boksçusu Avropa çempionatında yarımfinal döyüşünə çıxacaq
- 09.10.2026 [10:37]
Bu gün Azərbaycan Basketbol Liqasında II tura start veriləcək
- 09.10.2026 [10:32]
Azərbaycan Kubokunda I təsnifat mərhələsinə yekun vurulur
- 09.10.2026 [10:25]
Azərbaycan Premyer Liqasında VII tura start verilir
- 09.10.2026 [09:59]