REGİONLAR
Zaqatalada “Xocalının səsi” adlı rəsm və kitab sərgisi açılıb
Zaqatala, 24 fevral, Mustafa Dadaşov, AZƏRTAC
Xalqımızın tarixinə qanla yazılmış Xocalı faciəsinin 26-cı ildönümü ilə əlaqədar Zaqatala şəhərindəki Heydər Əliyev Mərkəzində “Xocalının səsi” adlı rəsm və kitab sərgisi açılıb.
Mərkəzin direktoru Famil Rəhimov AZƏRTAC-ın bölgə müxbirinə bildirib ki, sərginin təşkilində məqsəd bəşər tarixində insanlığa qarşı ən qəddar və amansız kütləvi terror hadisələrindən olan Xocalı faciəsi ilə bağlı həqiqətləri, erməni millətçilərinin vəhşiliklərini gənc nəslə çatdırmaqdır.
Sərgidə nümayiş etdirilən rəsmlərdə müəlliflərin mənfur düşmənə qarşı qəzəb və nifrəti qabarıq şəkildə özünü büruzə verir. Mərkəzin əməkdaşları sərgini izləyənlərə Xocalı müdafiəçilərinin qəhrəmanlığından danışır, faciənin acı nəticələri barədə məlumat verirlər.
Rəsm və kitab sərgisi fevralın sonunadək davam edəcək.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 07.05.2024 [19:39]
Naxçıvan ASAN Vəkil Bürosu açılıb
- 07.05.2024 [19:21]
Kənd təsərrüfatı nazirinin müavini Qobustanda vətəndaşlarla görüşüb
- 07.05.2024 [18:56]
Balakənli kümçülərə 700 qutu ipəkqurdu paylanılıb
- 07.05.2024 [17:25]
Sumqayıt Tibb Mərkəzi yaşayış massivində aksiya keçirib
- 07.05.2024 [16:41]
Naxçıvanda vətəndaşlara pulsuz hüquqi yardım göstərilib
- 07.05.2024 [15:15]