REGİONLAR
“Zəfər” elm olimpiadasının rayon-şəhər mərhələsi keçirilib
Şəki, 28 oktyabr, Mustafa Dadaşov, AZƏRTAC
Şəki-Zaqatala Regional Təhsil İdarəsi tərəfindən “Zəfər” elm olimpiadasının rayon-şəhər mərhələsi keçirilib.
Regional Təhsil İdarəsindən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, idarənin tabeliyində fəaliyyət göstərən ümumi təhsil məktəblərinin VIII-XI sinif şagirdləri arasında təşkil olunan olimpiadanın rayon-şəhər mərhələsində şagirdlərə 25 sualdan ibarət test tapşırığı təqdim olunub. Test suallarının cavablandırılması üçün 2 saat vaxt ayrılıb. Rayon-şəhər mərhələsindən uğurla keçən şagirdlər olimpiadanın noyabrda təşkil olunacaq zona turunda iştirak etmək hüququ qazanacaqlar.
Qeyd edək ki, olimpiadanın keçirilməsində məqsəd müzəffər Ordumuzun dövlətçilik tariximizdə mühüm əhəmiyyət daşıyan Vətən müharibəsində qazandığı şanlı Zəfəri əbədiləşdirmək, eyni zamanda, yaradıcı təfəkkürü ilə fərqlənən, istedadlı şagirdlərin aşkara çıxarılması və regionda fənn olimpiadalarına marağın artırılmasından ibarətdir.