Zəfər Günü münasibətilə “Azad Şuşa” adlı tədbir keçirilib
Bakı, 2 noyabr, AZƏRTAC
Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Yasamal rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin 2 nömrəli filialında Zəfər Günü münasibətilə “Azad Şuşa” adlı tədbir keçirilib.
Baş İdarədən AZƏRTAC-a bildirilib ki, filialın müdiri Yəmən Əmirova çıxışında Şuşanın azad olunmasını vurğulayaraq, Qələbə münasibətilə Prezident, Ali Baş Komandan İlham Əliyevin xalqa müraciətləri zamanı səsləndirdiyi fikirləri, dediyi sözləri diqqətə çatdırıb, Azərbaycan Ordusunun göstərdiyi qəhrəmanlıqlardan danışıb.
Sonra filialın əməkdaşları Zümrüd Nəzirli və Sevinc Teymurova 28 il işğal altında olan Şuşanın 2020-ci il noyabrın 8-də rəşadətli Azərbaycan Ordusu tərəfindən azad edildiyini, həmçinin Şuşanın geri qaytarılması xəbərinin ölkədə böyük coşqu və sevinclə qeyd olunmasından bəhs ediblər.
Sonda uşaqlar vətənpərvərlik mövzusunda şeirlər söyləyiblər.