Zelenski Putinlə danışıqların mümkünlüyünü istisna etmir
Bakı, 23 yanvar, AZƏRTAC
Ukrayna Prezidenti Volodimir Zelenski ABŞ-ın yeni lideri Donald Trampın Kiyevə təhlükəsizlik zəmanəti verməsi şərti ilə Rusiya Prezidenti Vladimir Putinlə danışıqların mümkünlüyünü istisna etmir.
AZƏRTAC xəbər verir ki, Zelenski bunu “Bloomberg” agentliyinə müsahibəsində bildirib.
O, Ukraynaya sövdələşmə təklif edilərsə, Putinlə danışıqlar masasına oturmamaq barədə mövqeyini dəyişməyə hazır olub-olmadığı ilə bağlı sualı cavablandırarkən deyib: “Bunu yaxınlaşdırmaq üçün hər şeyi edəcəyəm. Əgər Prezident Tramp bizə Ukrayna üçün güclü və dönməz təhlükəsizliyə zəmanət verə bilsə, mən buna inanıram, o zaman biz diplomatik yolla gedəcəyik. Mən başa düşürəm ki, Rusiyasız bu, mümkün deyil”.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 07.08.2026 [16:47]
Qlobal ərzaq qiymətləri son 3 ildə ən yüksək səviyyəyə qalxıb
- 07.08.2026 [16:35]
Aİ Rusiyaya yeni sanksiyalar tətbiq edib
- 07.08.2026 [16:06]
Pekin parklarında robot “əməkdaşlar” peyda olub
- 07.08.2026 [16:02]