REGİONLAR
Zərdab kümçüləri 61 tondan çox yaş barama tədarük ediblər
Zərdab, 4 iyul, AZƏRTAC
Zərdab rayonunda yaş barama tədarükü başa çatıb və kümçülər tərəfindən “Azəripək” MMC-yə 61 ton 609 kiloqram məhsul təhvil verilib.
Rayon icra hakimiyyətindən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, bu yerlərdə ənənəvi təsərrüfat sahəsi olan baramaçılıqla hazırda onlarca peşəkar kümçü məşğul olur və onların sayı ildən-ilə artır. Cari mövsümdə rayonda 713 nəfər kümçü ilə 1700 qutu ipəkqurdu toxumunun bəslənməsi ilə bağlı müqavilə bağlanıb. Bu işlə 3 min nəfərdən çox rayon sakini məşğul olub. 2016-cı ildə cəmi 5710 kiloqram yaş barama tədarük olunan bölgədə hazırda bu göstərici 10 dəfədən çox artıb.
Qeyd edək ki, baramaçılar üçün çətin keçən cari mövsümdə təcrübəli kümçülər Gəlmə kəndindən Abdul Orucov 487 kiloqram, Çallıdan Elçin Xəlilov 523 kiloqram, Məliklidən İsrayıl Abbasov 415 kiloqram məhsul əldə ediblər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 26.08.2023 [05:30]
Bu il Oğuzun taxıl sahələrində orta məhsuldarlıq 30,9 sentner olub
- 26.08.2023 [03:21]
Balakənli fermerlər 7819 hektar sahədə dən üçün qarğıdalı yetişdiriblər
- 25.08.2023 [01:10]
Bu il Beyləqanda 23 min tondan çox pambıq istehsalı gözlənilir
- 24.08.2023 [04:45]
Beyləqanda payızlıq səpin üçün indiyədək 8750 hektarda şum qaldırılıb
- 24.08.2023 [03:17]
Bu il Ağcabədidə 40 min tondan çox pambıq istehsalı gözlənilir
- 22.08.2023 [20:19]