Zərdabda ailələrə ərzaq bağlamaları verilib
Zərdab, 20 aprel, AZƏRTAC
Xüsusi karantin rejimi şəraitində Zərdab rayonunda tənha ahıl insanların, yaşı 65-dən yuxarı olanların və aztəminatlı ailələrin qayğıları diqqət mərkəzində saxlanılır.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, ölkə rəhbərliyi tərəfindən aparılan genişmiqyaslı tədbirlərə dəstək məqsədilə rayon icra hakimiyyətinin təşəbbüsü ilə iki gün ərzində 55 ailəyə ərzaq məhsullarından ibarət bağlama paylanılıb. Bağlamalar fəallar tərəfindən evlərə aparılıb.
Tənha ahıl insanlar və aztəminatlı ailələr ziyarət olunarkən maarifləndirici söhbətlər aparılıb, onların qayğıları dinlənilib, bununla əlaqədar operativ tədbirlər görülüb.