ZEYNƏB CAVADLI BEYNƏLXALQ TURNİRDƏ İKİ GÜMÜŞ MEDAL QAZANMIŞDIR
Korbey-Essonda isə Dünya kuboku yarışlarında Ukrayna gimnastları Anna Bessonova və Natalya Qodunko fərqlənmişlər. Azərbaycanı Fransada Aliyə Qarayeva və Anna Qurbanova təmsil etmişlər. A.Qarayeva təsnifat mərhələsindən keçərək (60,125 balla səkkizinci yer), üç finalda iştirak etmək hüququ qazanmışdır. O, topla və iplə hərəkətlərdə daha yaxşı nəticə göstərərək, yeddinci olmuşdur. Lentlə hərəkətlərin finalında idmançımız sonuncu, səkkizinci yerə çıxmışdır. A.Qurbanova isə finala çıxa bilməmiş, 82 gimnast arasında yalnız ikinci onluqda yer almışdır. Ancaq onun qazandığı xallar Qarayevanın balları ilə birlikdə Azərbaycana ümumi komanda hesabında 38 ölkə arasında dördüncü yeri tutmağa imkan vermişdir.
Mayın 16-17-də Heydər Əliyev adına İdman-Konsert Kompleksində yeniyetmələr arasında V Respublika oyunlarının final mərhələsi çərçivəsində bədii gimnastika turniri keçiriləcəkdir. Turnirdə 14-15 və 12-13 yaşlarında 36 gimnast qız iştirak edəcəkdir.