Zığ dairəsi-Hava Limanı avtomobil yolunda 2 min Eldar şamı əkilib VİDEO
Bakı, 18 may, AZƏRTAC
Paytaxtda ekoloji balansın bərpası, ətraf mühitin qorunması istiqamətində “Azəravtoyol” Açıq Səhmdar Cəmiyyəti tərəfindən zəruri addımlar atılır, ağacəkmə və yaşıllaşdırma aksiyaları uğurla davam etdirilir.
“Azəravtoyol”dan AZƏRTAC-a bildirilib ki, bu dəfə Bakı şəhərinin Zığ dairəsi-Hava Limanı avtomobil yolunun mühafizə zolağında 2 min ədəd Eldar şamı əkilib. Əkilən ağaclara üzvi gübrə verilərək suvarılıb. Əkilən ağaclar “Azəravtoyol” ASC-nin tinglik sahələrində yetişdirilib. Cari ilin əvvəlindən respublikanın avtomobil yollarının mühafizə zolağında 95 min müxtəlif növ ağac və kol bitkisi əkilib.