Zoologiya İnstitutunun əməkdaşları ekspedisiyada
Bakı, 19 iyun, AZƏRTAC
AMEA-nın Zoologiya İnstitutunun Tətbiqi Zoologiya Mərkəzinin əməkdaşları iyun ayı ərzində respublikanın Ağdaş, Qəbələ və Abşeron rayonları ərazilərində ekspedisiyalarda olublar.
Zoologiya İnstitutundan AZƏRTAC-a bildirilib ki, ekspedisiyada əməkdaşlar tərəfindən tədqiqat planlarına uyğun olaraq müşahidələr aparılıb, materiallar toplanıb, nümunələr götürülüb. Eyni zamanda, həmin ərazilərdə yaşayan, kənd təsərrüfatı ilə məşğul olan əhaliyə və maraqlanan şəxslərə zərərvericilər, onlara qarşı mübarizə tədbirləri, bu zərərvericilərin təbii düşmənləri barədə ətraflı maarifləndirici məlumatlar verilib.