Formula 1 meşə yanğınlarından zərər çəkənlərə kömək məqsədilə xeyriyyə hərracı keçirir

23.01.2020 [17:09]
Formula 1 şirkəti Avstraliyanın meşə yanğınlarından daha çox əziyyət çəkən rayonlarına kömək məqsədilə xeyriyyə hərracı keçirir. AZƏRTAC xarici KİV-lərə istinadla xəbər verir ki, azarkeşlər xüsusi yaradılmış saytda pilotlar ...

2021-ci ildə Formula 1 İsrail Qran-Prisi keçiriləcəkmi?

21.01.2020 [18:12]
“Williams”ın Roy Nissani ilə kontraktı çoxlarını təəccübləndirib. İsrailli pilot kiçik seriyalarda yaxşı çıxış etməyib, ötən mövsümdə isə faktiki olaraq iştirak etməyib, lakin “Start Up” şirkətindən kanadalı-israilli sponsorların dəstəyi ilə gözlənilmədən “Williams”la test-pilot kontraktı imzalayıb və 2020-ci ildə çıxış edəcəyi Formula 2-yə qayıdıb ...

Şon Bratçers Formula 1-in kommersiya direktoru vəzifəsindən gedir

21.01.2020 [16:36]
Amerikalı Şon Bratçers üç il əvvəl Formula 1-in rəhbərliyi “Liberty Media”ya keçəndən sonra təyin olunduğu kommersiya direktoru vəzifəsini yanvarın sonunda tərk edəcək. O, ABŞ-a qayıdacaq və müəyyən müddət məsləhətçi kimi işləməyə davam edəcək ...

Hokkenhaymda Formula 1 yarışlarına qayıtmağa hazırdırlar

21.01.2020 [16:31]
Bu il Formula 1 çempionatının təqvimində Almaniya Qran-Prisi yer almayıb. 2019-cu ildə “Mercedes” şirkəti Qran-Prinin keçirilməsi ilə bağlı maliyyə xərclərini öz üzərinə götürmüşdü. Lakin bu, alman şirkətinin avtomobil yürüşlərində iştirakının 125 illiyinə həsr edilmiş birdəfəlik aksiya ...

Fransada Formula 1 yarışlarının auditoriyası 10 dəfədən çox azalıb

20.01.2020 [18:19]
Formula 1 yarışlarının dördqat dünya çempionu Alen Prost bildirib ki, turnirin yayımı pullu olandan sonra Fransada bu seriyanın tamaşaçılarının sayı 10 dəfədən çox azalıb. AZƏRTAC “championat.com” saytına istinadla xəbər verir ki, indi Fransada bütün yürüşlər pullu "Canal Plus”da nümayiş etdirilir ...

Yerli əl işi istehsalçıları arasında Formula 1 Azərbaycan Qran-Prisi üçün suvenir müsabiqəsi davam edir

18.01.2020 [12:25]
“Bakı Şəhər Halqası” Əməliyyat Şirkəti (BŞH) fəaliyyətinin beş illiyi münasibətilə yerli əl işi və suvenir istehsalçıları arasında Formula 1 Azərbaycan Qran-Prisinə dair müsabiqə davam edir. AZƏRTAC xəbər verir ki, müsabiqəni keçirməkdə məqsəd əl işi və suvenir hazırlığı ilə məşğul olanlara dəstək ...

Səudiyyə Ərəbistanında 2023-cü ildə Formula 1 yürüşləri keçirməyə hazırlaşırlar

17.01.2020 [19:05]
Səudiyyə Ərəbistanında yeni avtodromun layihəsi təqdim edilib. Nəzəri baxımdan, bu avtodrom ilk Formula 1 yürüşlərini 2023-cü ildə qəbul edə biləcək. Layihənin rəhbəri Mayk Rayninqer “BBC Sport” nəşrinə müsahibəsində bildirib ki, tras 2023-cü ildə Qran-Pri keçirilməsinə hazır olacaq. O deyib: “Ümid edirik ki, kontrakt bağlanacaq ...

Formula 1 Azərbaycan Qran-Prisi üçün marşalların qeydiyyatı davam edir

17.01.2020 [17:26]
“Bakı Şəhər Halqası” Əməliyyat Şirkətinin (BŞH) nəzdində fəaliyyət göstərən Bakı Marşal Klubu (BMK) iyunun 5-7-də Bakıda növbəti dəfə keçiriləcək Formula 1 Azərbaycan Qran-Prisinin Marşal Proqramı üçün qeydiyyatı davam etdirir. AZƏRTAC xəbər verir ki, növbəti yarışın Marşal Proqramına 100-ü xarici olmaqla, ümumilikdə ...

“W Series” qadın çempionatı ABŞ və Meksika Qran-prilərində Formula 1-in dəstək seriyaları olacaq

16.01.2020 [21:02]
“W Series” qadın avtoyürüşü çempionatının 2020-ci il mövsümünün təqviminə ABŞ və Meksika mərhələləri salınıb. Bu yarışlar Formula 1 mərhələlərinə müvafiq olaraq yürüş uik-endləri çərçivəsində keçiriləcək. AZƏRTAC xəbər verir ki, qadın iştirakçılar Ostindəki trasda ...

Arif Rəhimov: Formula 1-in Bakı mərhələsi sadəcə öyünməli hadisədən daha artıqdır

16.01.2020 [19:38]
Britaniyanın “PricewaterhouseCoopers” agentliyi ilə tərəfdaşlıq şəraitində Azərbaycan Qran-Prisinin təşkilatçıları dörd il ərzində Formula 1 mərhələlərinin keçirilməsindən əldə edilən iqtisadi səmərənin 506 milyon dollar olması qənaətinə gəliblər ...

Roman Qrojan: Karyeramda ən mürəkkəb məqam 2018-ci ildə Bakıda baş vermiş insident olub

16.01.2020 [18:35]
“Haas F1” komandasının pilotu Roman Qrojanın karyerasında son 4 ildə uğurlar da çox olub, uğursuzluqlar da. Lakin 2018-ci ildə Bakıda baş vermiş insident ən qəribə hadisə kimi yadda qalıb. O vaxt Qrojanın idarə etdiyi peloton təhlükəsizlik avtomobilinin arxasınca hərəkət edərkən çarxı rezini qızmış ...

Formula 1 Azərbaycan Qran-Prisi ilə bağlı keçirilən məqalə müsabiqəsi davam edir

16.01.2020 [14:25]
“Bakı Şəhər Halqası” Əməliyyat Şirkətinin (BŞH) Formula 1 dünya çempionatının 70 illiyi və Formula 1 Azərbaycan Qran-Prisinin 5 illiyi münasibətilə keçirdiyi məqalə müsabiqəsi davam edir. AZƏRTAC BŞH-yə istinadla xəbər verir ki, yanvarın 31-dək davam edəcək müsabiqəyə qatılmaq ...

Niderland Futbol Federasiyası Formula 1 yarışlarının keçirilməsi ilə əlaqədar futbol matçlarının vaxtını dəyişdirməkdən imtina edib

15.01.2020 [16:51]
Niderland Futbol Federasiyası mayın 3-dən Zandvortda Formula 1 Qran-Pri yarışlarının keçirilməsi ilə əlaqədar Eridiviziyada 33-cü və 34-cü turların oyunlarının vaxtını dəyişdirməkdən imtina edib. AZƏRTAC “De Telegraaf” nəşrinə istinadla xəbər verir ki, Niderland futbol klubları çempionatın ...

Formula 1 yarışlarında Səudiyyə Ərəbistanı Qran-Prisi 2021-ci ildə keçirilə bilər

15.01.2020 [16:04]
“Liberty Media”da Səudiyyə Ərəbistanında Qran-Pri yürüşlərinin gələn il keçirilməsi barədə kontrakt imzalanması ilə bağlı işlər başa çatmaq üzrədir. AZƏRTAC Britaniya mətbuatına istinadla xəbər verir ki, 2022-ci ildə tras tam hazır olana qədər yarışlar ölkənin ...

Formula 1 yarışlarının ikiqat çempionu Alonsonun avtomobili “Dakar” rallisinin 10-cu mərhələsində aşıb

15.01.2020 [14:57]
Formula 1 yarışlarının ikiqat çempionu ispaniyalı Fernando Alonso Səudiyyə Ərəbistanında keçirilən “Dakar” ralli-marafonunun 10-cu mərhələsində qəzaya uğrayıb. AZƏRTAC xəbər verir ki, Alonso bu “Dakar” rallisində karyerasında ilk dəfə çıxış edirdi ...

Nigar Arpadarai: 2016-2019-cu illərdə keçirilən Formula 1 yarışları Azərbaycan iqtisadiyyatına böyük fayda verib

15.01.2020 [13:30]
“PricewaterhouseCoopers” (PwC) beynəlxalq audit şirkətinin apardığı müstəqil araşdırmanın nəticələrinə görə, 2016-2019-cu illərdə Bakıda təşkil edilən Formula 1 yarışları ölkəmizin iqtisadiyyatına əhəmiyyətli dərəcədə fayda verib ...

“Maklaren” fevralın 13-də yeni bolid təqdim edəcək

14.01.2020 [19:56]
”Maklaren” Formula 1 komandası fevralın 13-də 2020-ci il çempionatı üçün bolid təqdim edəcək AZƏRTAC xəbər verir ki, komanda bu barədə özünün “YouTube” kanalında məlumat verib. Kollektivin mətbuat xidmətinin yerləşdirdiyi videoda pilot Lando Norris guya abunəçilər ...

Formula 1 2025-ci ilə qədər ikitaktlı ekoloji motorlara keçə bilər

14.01.2020 [17:40]
Formula 1 2025-ci ilə qədər ikitaktlı motorların tətbiqi imkanını nəzərdən keçirir. AZƏRTAC xəbər verir ki, bunu çempionatın texniki rəhbəri Pet Simonds bildirib. İkitaktlı motorlardan əsas etibarilə gücü, məsələn, otbiçən maşın və moped kimi xeyli dərəcədə ...

Bakıda könüllülər üçün “Müasir dünyada PR” mövzusunda seminar təşkil olunub

11.01.2020 [16:27]
Yanvarın 11-də “Bakı Şəhər Halqası” Akademiyasında könüllülər üçün “Müasir dünyada PR” mövzusunda seminar təşkil olunub. AZƏRTAC xəbər verir ki, ölkəmizdə Formula 1 yarışlarının təşkilatçısı olan “Bakı Şəhər Halqası” Əməliyyat Şirkətinin (BŞH) marketinq və kommunikasiyalar şöbəsinin rəhbəri ...