Formula 1 pilotları Monakoda xeyriyyə matçında iştirak edəcək
Bakı, 20 may, AZƏRTAC
Mayın 22-də, Formula 1 Qran-Prisi uik-endinə start verilməzdən əvvəl, Monakodakı II Lui stadionunda “Bütün ulduzlar” (“Star Team for the Children MC”) və pilotlardan ibarət “All Star Drivers” komandaları arasında xeyriyyə futbol matçı keçiriləcək.
AZƏRTAC xəbər verir ki, “Star Team for the Children MC” komandasının tərkibində tennisçi Novak Cokoviç, hidrosikllərdə yürüşlərin mükafatçısı Liza Battalya, keçmiş futbolçular Flavio Roma, Klod Pyuel, Sebastyen Peres və Qreqori Kampi çıxış edəcəklər.
“All Star Drivers” komandası isə meydançaya Şarl Lekler, Pyer Qasli, Karlos Sayns, Fernando Alonso və gənclər seriyalarının pilotları ilə çıxacaq.
Biletlərin satışından və xeyriyyə hərracından əldə olunan bütün vəsait Uşaq fonduna köçürüləcək.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 26.09.2026 [15:48]
Formula 1: Corc Rassell liderliyini qoruyur
- 24.09.2026 [17:21]
AAF Formula 1 zamanı klassik avtomobillərin sərgisini keçirir
- 21.09.2025 [20:46]
Bakıda Formula 1 həyəcanı – FOTOREPORTAJ
- 21.09.2025 [16:41]
Maks Ferstappen Formula 1 Azərbaycan Qran-Prisinin qalibi olub
- 21.09.2025 [08:00]