“Neftçi” və “Alyans Qrup” final oyununa ciddi itki ilə çıxacaq

18.05.2022 [14:43]
Mayın 24-də Bakı İdman Sarayında futzal üzrə “Badamlı Azərbaycan kuboku” yarışının final oyunu keçiriləcək. AZƏRTAC xəbər verir ki, həlledici qarşılaşmada “Neftçi” və “Alyans Qrup” komandaları üz-üzə gələcəklər. Görüşdə iki futzalçı komandasına kömək edə bilməyəcək ...

Taekvondoçularımız Avropa çempionatında çıxış edəcəklər

18.05.2022 [14:20]
Mayın 19-da Böyük Britaniyanın Mançester şəhərində taekvondo üzrə Avropa çempionatı start götürəcək. AZƏRTAC xəbər verir ki, çempionatda ölkəmizi Azərbaycan Taekvondo Federasiyasının vitse-prezidentləri Nağı Səfərov, Niyaməddin Paşayev, kişilərdən ibarət milli komandanın baş məşqçisi ...

Şahmatçımız Şəhriyar Məmmədyarov “Chessable Masters” yarışında mübarizə aparacaq

18.05.2022 [13:11]
Mayın 19-da şahmat üzrə nüfuzlu Çempionlar turu çərçivəsində onlayn formatda “Chessable Masters” yarışı start götürəcək. AZƏRTAC xəbər verir ki, 16 şahmatçının qatılacağı turnirdə Azərbaycanı Şəhriyar Məmmədyarov təmsil edəcək. Ş.Məmmədyarovdan başqa, turnirdə hazırkı dünya çempionu ...

Bakıda keçiriləcək dünya kuboku yarışında atıcılıq idmanı qaydalarına sınaq dəyişiklikləri ediləcək

18.05.2022 [12:29]
Beynəlxalq Atıcılıq İdmanı Federasiyası Lonatoda (İtaliya) keçirilən dünya kuboku yarışından sonra stend atıcılığı üzrə mövcud qaydaların optimallaşdırılması ilə bağlı bir neçə təklif alıb. AZƏRTAC xəbər verir ki, təkliflərin məqsədi yarışları bütün iştirakçılar ...

Bədii gimnastlarımız İspaniyada dünya kuboku yarışlarında iştirak edəcəklər

18.05.2022 [12:01]
Mayın 18-dən 24-dək İspaniyanın Pamplona şəhərində bədii gimnastika üzrə “Challenge” seriyasına aid dünya kuboku yarışları keçiriləcək. AZƏRTAC Azərbaycan Gimnastika Federasiyasının mətbuat xidmətinə istinadla xəbər verir ki, turnirdə Azərbaycan yığması da mübarizə ...

Stolüstü tennisçilərimiz beynəlxalq yarışlarda iştirak edirlər

18.05.2022 [11:10]
Stolüstü tennisçilərimiz beynəlxalq yarışlara qatılıblar. AZƏRTAC xəbər verir ki, yeniyetmələrdən ibarət seçmə komandalar beynəlxalq “Pro Tur” yarışlarında iştirak edirlər. Oğlan tennisçilər Almaniyanın Berlin, qızlar isə Polşanın Vladislava şəhərində keçirilən turnirlərdə mübarizə aparırlar ...

Azərbaycan ilə Syerra-Leone arasında paralimpiya sahəsində əməkdaşlığın perspektivləri müzakirə olunacaq

18.05.2022 [11:02]
Mayın 18-də Azərbaycan Milli Paralimpiya Komitəsinin (AMPK) prezidenti, Beynəlxalq Görmə Məhdudiyyətli İdmançılar Assosiasiyasının vitse-prezidenti İlqar Rəhimov Syerra-Leone Paralimpiya Komitəsinin prezidentinin dəvəti ilə bu ölkəyə səfərə gedib. AMPK-dan AZƏRTAC-a ...

“Turan Tovuz” klubunun yeni baş məşqçisi müəyyənləşib

18.05.2022 [10:38]
Yeni mövsümdən Azərbaycan Premyer Liqasında çıxış edəcək “Turan Tovuz” futbol klubunun yeni baş məşqçisi müəyyənləşib. AZƏRTAC xəbər verir ki, komanda “Sumqayıt”ın sabiq çalışdırıcısı Ayxan Abbasova tapşırılıb. Qırx yaşlı mütəxəssis ...

“Qəbələ” klubu Azərbaycan millisinin üzvü ilə yollarını ayırıb

18.05.2022 [10:32]
“Qəbələ” klubunun 21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin üzvü Samet Karakoçla vidalaşıb. AZƏRTAC xəbər verir ki, bu barədə əyalət təmsilçisinin baş məşqçisi Elmar Baxşıyev açıqlama verib ...

Bu gün UEFA Avropa Liqasının final oyunu keçiriləcək

18.05.2022 [08:10]
Bu gün UEFA Avropa Liqasında 2021/2022 mövsümünə yekun vurulacaq. AZƏRTAC xəbər verir ki, final oyununda Almaniyanın "Ayntraxt" və Şotlandiyanın "Reyncers" klubları üz-üzə gələcəklər. İspaniyanın Sevilya şəhərindəki "Ramon Sançes Pisxuan" ...

Sofyan Fequli "Qalatasaray" ilə vidalaşacağını açıqlayıb

18.05.2022 [02:33]
Cari mövsümün sonunda "Qalatasaray"dan ayrılacaq ilk futbolçu bəlli olub. AZƏRTAC xəbər verir ki, əlcəzairli yarımmüdafiəçi Sofyan Fequli İstanbul təmsilçisini ilə vidalaşacağını açıqlayıb. Oyunçu bununla bağlı instaqram səhifəsində paylaşım edib ...

Bundesliqa klubu baş məşqçisi ilə yollarını ayırıb

17.05.2022 [23:02]
Almaniyanın "Hoffenhaym" futbol klubu baş məşqçisi Sebastyan Hönesslə yollarını ayırıb. AZƏRTAC xarici KİV-lərə istinadla xəbər verir ki, 40 yaşlı mütəxəssislə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib. Qeyd edək ki, Bundesliqa təmsilçisi Hönessin başçılığı altında ...

Qazaxıstan millisi Azərbaycan yığması ilə oyuna ciddi itkilərlə çıxacaq

17.05.2022 [19:58]
Azərbaycan millisinin futbol üzrə Millətlər Liqasındakı rəqibi Qazaxıstan yığmasının futbolçusu Oralxan Omirtayev zədələnib. AZƏRTAC xəbər verir ki, bu barədə oyunçunun klubu "Akjayık"ın mətbuat xidməti məlumat yayıb ...

Azərbaycan badmintonçusu “Thailand Open-2022” turnirində əsas mərhələyə yüksəlib

17.05.2022 [19:11]
Badmintonçumuz Edi Reski Dviçayo Tailandın paytaxtı Banqkokda keçirilən “World tour super 500” seriyalı “Thailand Open-2022” turnirində kişilərin şəxsi yarışında əsas mərhələyə yüksəlib. Azərbaycan Badminton Federasiyasının mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ...

Ümummilli lider Heydər Əliyevin anadan olmasının 99-cu ildönümünə həsr olunmuş şahmat turnirinin qalibləri müəyyənləşib

17.05.2022 [19:08]
Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi (BŞGİBİ) tərəfindən 11 nömrəli Uşaq-Gənclər İdman Məktəbində ümummilli lider Heydər Əliyevin anadan olmasının 99-cu ildönümünə həsr edilmiş şahmat turniri keçirilib. BŞGİBİ-dən AZƏRTAC-a bildiriblər ki, turnirdə 130 şahmatçı İsveçrə sistemi üzrə ...

İsrail Yüksək Liqasında 2021/2022-ci il mövsümünün çempionu müəyyənləşib

17.05.2022 [19:02]
Futbol üzrə İsrail Yüksək Liqasında 2021/2022-ci il mövsümünün çempionu müəyyənləşib. AZƏRTAC xəbər verir ki, bu, “Makkabi” (Hayfa) klubu olub. Komanda 34-cü turda “Hapoel”lə (Berşeva) heç-heçə (1:1) edib və xallarının sayını 72-yə çatdırıb ...

Azərbaycan Voleybol Federasiyasının nümayəndəsi Avropa çempionatının oyunlarına təyinat alıb

17.05.2022 [18:52]
Azərbaycan Voleybol Federasiyasının Beynəlxalq əlaqələr şöbəsinin rəhbəri, Avropa Voleybol Konfederasiyasının (CEV) Avropa İdarə Təşkilatı Komissiyasının üzvü Mixail Frişman yeni təyinat alıb. AZƏRTAC xəbər verir ki, o, gənc oğlanlar arasında keçiriləcək U-22 Avropa çempionatının ikinci təsnifat oyunlarına təyinat alıb ...

Ədalətli oyunlar sahəsində fərqlənən şəxslərə mükafatlar təqdim edilib

17.05.2022 [18:29]
Mayın 17-də Azərbaycan Milli Olimpiya Komitəsinin (MOK) Ədalətli Oyunlar Komissiyası 2021-ci ilin yekunlarına əsasən, ədalətli oyunlar sahəsində fərqlənənlərə və “Ədalətli oyun ruhu” mövzusunda fotomüsabiqənin qaliblərinə mükafatlar təqdim edib ...

Xüsusi olimpiyaçılar futbol üzrə seçmə yarışlarda iştirak ediblər

17.05.2022 [17:38]
Azərbaycan Xüsusi Olimpiya Komitəsinin təşkilatçılığı ilə Şağan Olimpiya İdman Kompleksində oğlanlar arasında futbol üzrə seçmə yarışlar keçirilib. AZƏRTAC xəbər verir ki, turnir həm "Unified Sports" (İnklüziv birləşmiş idman komandası), həm də xüsusi Olimpiya proqramına uyğun olaraq ...