“Leyptsiq” klubu tarixində ilk dəfə Almaniya kuboku yarışlarının qalibi olub
AzerTAg.az
22.05.2022 [18:22]
Futbol üzrə Almaniya kuboku yarışlarının finalında “Leyptsiq” klubu “Frayburq”u (1:1, penalti seriyası - 4:2) məğlub edib.
AZƏRTAC xəbər verir ki, bu, 2009-cu ildə yaradılan klubun tarixində ilk rəsmi kubokdur. 2019-cu və 2021-ci illərdə komanda ölkə kuboku yarışlarının finalına çıxsa da, məğlubiyyətlə ...
Zərərli vərdişlərlə mübarizəyə dəstək məqsədilə veloyürüş keçirilib
AzerTAg.az
22.05.2022 [17:31]
Zərərli vərdişlərlə mübarizəyə dəstək məqsədilə Azərbaycan Velosiped Federasiyasının (AVF) təşkilatçılığı ilə mayın 22-də paytaxtda veloyürüş keçirilib.
Federasiyadan AZƏRTAC-a bildiriblər ki, Türkiyənin “Yeşilay” Cəmiyyətinin təşəbbüsü, “Zərərli Vərdişlərə Qarşı” İctimai Birliyinin dəstəyi ilə baş tutan veloyürüşə Azneft ...
Qarabağ”ın qapıçısı Azərbaycan Premyer Liqasında 100-cü oyununu keçirib
AzerTAg.az
22.05.2022 [17:11]
Ağdamın “Qarabağ” klubunun qapıçısı Şahruddin Məhəmmədəliyev Azərbaycan Premyer Liqasında 100-cü oyununu keçirib.
AZƏRTAC Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən xəbər verir ki, onun yubileyi oyunu XXVIII turun “Neftçi” ilə matçına təsadüf edib. Qolkiper 4:1 hesablı qələbədə 85-ci topunu ...
Azərbaycanın U-21 komandası Küveyt yığması ilə yoldaşlıq oyununda gücünü sınayacaq
AzerTAg.az
22.05.2022 [16:40]
İyirmi bir yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının Avropa çempionatının seçmə mərhələsinə hazırlıq məqsədilə mayın 22-dən 30-dək Bakıda təlim-məşq toplanışı olacaq.
AZƏRTAC AFFA-nın saytına istinadla xəbər verir ...
Azərbaycan Premyer Liqasının 2021/2022-ci il mövsümünün ən yaxşı futbolçusu mükafatlandırılıb
AzerTAg.az
22.05.2022 [14:18]
Azərbaycan Premyer Liqasının 2021/2022-ci il mövsümünün ən yaxşı futbolçusu mükafatlandırılıb.
AZƏRTAC xəbər verir ki, İdman Araşdırmalar Mərkəzinin (İAM) keçirdiyi səsvermə nəticəsində “Qarabağ”ın futbolçusu Kadi Borges Malinovski bu ada layiq görülüb ...
“Avro-2022”nin II təsnifat mərhələsində E qrupunun növbəti oyunları keçirilib
AzerTAg.az
22.05.2022 [12:01]
İyirmi iki yaşadək oğlan voleybolçular arasında “Avro-2022”-nin II təsnifat mərhələsində E qrupunun növbəti oyunları keçirilib.
AZƏRTAC xəbər verir ki, Kosovonun ev sahibliyi etdiyi seçmə mərhələnin ikinci günü millimiz Niderland yığması ilə üz-üzə gəlib ...
Radik İsayev Avropa çempionatında mübarizəyə başlayır
AzerTAg.az
22.05.2022 [08:58]
Böyük Britaniyanın Mançester şəhərində keçirilən taekvondo və parataekvondo üzrə Avropa çempionatında Azərbaycan idmançılarının çıxışları davam edir.
AZƏRTAC xəbər verir ki, yarışın son günü daha dörd idmançımız – Olimpiya çempionu Radik İsayev (87 kq yuxarı), Fatimə Məcidova (57 kq), Eltac Qafarov ...
Şəhriyar Məmmədyarov “Chessable Masters” turnirində növbəti qarşılaşmalarda iştirak edəcək
AzerTAg.az
22.05.2022 [08:42]
Bu gün “Champions Chess Tour” onlayn seriyasının dördüncü mərhələsi olan “Chessable Masters” yarışında ilkin mərhələnin son oyunları keçiriləcək.
AZƏRTAC xəbər verir ki, Azərbaycan təmsilçisi Şəhriyar Məmmədyarov günün ilk görüşündə - 13-cü turda Cons Gevane (İngiltərə) ilə qarşılaşacaq ...
Şarjada keçirilən beynəlxalq turnirə Azərbaycan şahmatçıları qələbə ilə start veriblər
AzerTAg.az
22.05.2022 [07:52]
Birləşmiş Ərəb Əmirliyinin Şarja şəhərində keçirilən beynəlxalq turnirə Azərbaycan şahmatçıları qələbə ilə start veriblər.
AZƏRTAC xəbər verir ki, təmsilçilərimiz Nicat Abasov, Misrətdin İsgəndərov birinci turda qələbə qazanıblar. Komandamızın digər üzvləri Məhəmməd Muradlı, Aydın Süleymanlı ilk turun oyunlarını ...
Azərbaycan Premyer Liqasının qalibləri mükafatlandırılıb
AzerTAg.az
22.05.2022 [04:46]
Azərbaycan Premyer Liqasının 2021/2022-ci illər mövsümünə yekun vurulub. Keçirilmiş sonuncu – 28-ci turun “Qarabağ” – “Neftçi” oyunundan sonra 2021/2022-ci il mövsümünün qaliblərinin mükafatlandırma mərasimi təşkil olunub ...
“Chessable Masters”: Şəhriyar Məmmədyarov ardıcıl üç turda qələbə qazanıb
AzerTAg.az
22.05.2022 [00:04]
“Champions Chess Tour” onlayn seriyasının dördüncü mərhələsi olan “Chessable Masters” yarışında növbəti oyunlar keçirilib.
AZƏRTAC xəbər verir ki, Azərbaycan təmsilçisi Şəhriyar Məmmədyarov doqquzuncu turda norveçli Tari Aryanla heç-heçə edib. Sonrakı qarşılaşmalarda Niels Qrandelius ...
Azərbaycan Premyer Liqasında 2021/2022-ci il mövsümünün ən məhsuldar oyunçusu müəyyənləşib
AzerTAg.az
21.05.2022 [23:03]
Futbol üzrə Azərbaycan Premyer Liqasında 2021/2022-ci il mövsümünün ən məhsuldar oyunçusu müəyyənləşib.
AZƏRTAC xəbər verir ki, bu gün keçirilən XXVIII turadək 5 futbolçunun hesabında 11, 1 oyunçunun isə 10 qolu var idi. Bu 6 futbolçudan yalnız Kadi Borqes son turda fərqlənib ...
Azərbaycan Premyer Liqasının 2021/2022-ci il mövsümünə yekun vurulub
AzerTAg.az
21.05.2022 [21:53]
Futbol üzrə Azərbaycan Premyer Liqasının 2021/2022-ci il mövsümünə yekun vurulub.
AZƏRTAC xəbər verir ki, mövsümün sonuncu – XXVIII turunda dörd qarşılaşma baş tutub. “Qarabağ” qızıl, “Neftçi” gümüş medalı daha əvvəl təmin etdiyindən son tur yalnız bürünc medalın taleyinə aydınlıq gətirib ...
"Zirə" klubu Azərbaycan Premyer Liqasının bürünc medalını qazanıb
AzerTAg.az
21.05.2022 [21:25]
Futbol üzrə Azərbaycan Premyer Liqasında sonuncu - 28-ci turun 2 oyunundan sonra çempionatda 2021/2022-ci il mövsümünün bürünc mükafatçısı müəyyənləşib.
AZƏRTAC xəbər verir ki, bu, "Zirə" komandasıdır. Komanda son turda "Şamaxı" ilə qolsuz bərabarə qalıb ...
Güləş üzrə yığma komandalarımız təlim-məşq toplanışlarını davam etdirirlər
AzerTAg.az
21.05.2022 [21:22]
Böyüklərdən ibarət güləş üzrə yığma komandalarımız təlim-məşq toplanışlarını davam etdirirlər.
AZƏRTAC xəbər verir ki, sərbəst güləş üzrə yığmamız mayın 8-dən baş məşqçi Namiq Abdullayev, böyük məşqçi Zəlimxan Hüseynov ...
Azərbaycan ilə Syerra-Leone arasında idman sahəsində əməkdaşlığa dair müzakirələr aparılıb
AzerTAg.az
21.05.2022 [19:20]
Azərbaycan Milli Paralimpiya Komitəsinin prezidenti (MPK), Beynəlxalq Görmə Məhdudiyyətli İdmançılar Assosiasiyasının (IBSA) vitse-prezidenti, Milli Abilimpiya Federasiyasının prezidenti İlqar Rəhimov Syerra-Leone Respublikasının vitse-prezidenti Məhəmməd Culdeh Calloh ilə görüşüb ...
"Gəncə" idman klubunun həyata keçirəcəyi layihələr barədə fikir mübadiləsi aparılıb
AzerTAg.az
21.05.2022 [18:42]
“Gəncə" idman klubunun İdarə Heyətinin sədri Elvar Osmanov Gəncə Şəhər İcra Hakimiyyəti başçısının birinci müavini Səməd Tomuyev ilə görüşüb.
AZƏRTAC xəbər verir ki, görüşdə klubun gələcək perspektivləri müzakirə ...
Azərbaycan Futvole Federasiyasının prezidenti ilə Litva millisinin rəhbər heyəti arasında görüş keçirilib
AzerTAg.az
21.05.2022 [17:42]
Paytaxtımızda təlim-məşq toplanışında olan çimərlik futbolu üzrə Litva millisinin rəhbər və məşqçi heyəti Dünya Futvole Federasiyasının prezidenti Vüsal Xəlilovla görüşüb.Azərbaycan Futnet Federasiyasından AZƏRTAC-a bildiriblər ki, federasiyada keçirilən görüşdə yerli qurumun rəsmiləri ...
Formula 1 Azərbaycan Qran-Prisinin marşalları üçün təlimlər keçirilib
AzerTAg.az
21.05.2022 [17:17]
İyunda Bakıda keçiriləcək Formula 1 Azərbaycan Qran-Prisinə hazırlıq işləri çərçivəsində Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin nəzdində Bakı Marşal Klubu marşalların bacarıq və təcrübələrinin artırılması məqsədilə tədbir və təlimlərin təşkilinə start verib ...
MULTİMEDİA
30.03.2023 [17:25]
30.03.2023 [17:14]
30.03.2023 [15:01]