Kempo idman növü üzrə respublika seminarı keçiriləcək

13.01.2022 [17:18]
Yanvarın 16-da kempo idman növü üzrə respublika seminarı keçiriləcək. AZƏRTAC xəbər verir ki, seminar Azərbaycan Qocyu-Ryu Okinava Karate-do və Kobudo Kempo İdman Növləri Federasiyasının prezidenti, Fəxri bədən tərbiyəsi və idman xadimi, 8-ci dan beynəlxalq qara kəmər sahibi, sensey Tarverdi Allahverdiyev tərəfindən təşkil ediləcək ...

Azərbaycan şahmatçısı Azər Mirzəyev “Praqa Open-2022” turnirində liderliyini davam etdirir

13.01.2022 [17:16]
Çexiyada şahmat üzrə “Praqa Open-2022” turnirində Azərbaycan təmsilçisi Azər Mirzəyev növbəti qələbəsini qazanıb. AZƏRTAC xəbər verir ki, təmsilçimiz yeddinci turda Malayziya təmsilçisi Ren Lim Juo üzərində qələbə qazanaraq aktivinə daha bir xal əlavə edib. Beləliklə, 6,5 xal toplayan şahmatçımız ...

"Real Betis" futbolçusu Nabil Fekirlə müqaviləni uzadıb

13.01.2022 [17:12]
"Real Betis" klubu yarımmüdafiəçisi Nabil Fekir ilə müqaviləni yeniləyib. AZƏRTAC xəbər verir ki, bu barədə İspaniya klubunun rəsmi saytı məlumat yayıb. Tərəflər 2026-cı ilin iyununadək müqavilə imzalayıblar ...

Şirvanda 20 Yanvar şəhidlərinin xatirəsinə həsr olunmuş şahmat turniri keçirilir

13.01.2022 [16:57]
Şirvan Uşaq Gənclər İdman-Şahmat Məktəbində 20 Yanvar şəhidlərinin xatirəsinə həsr olunmuş şahmat turniri keçirilir. AZƏRTAC xəbər verir ki, 3 turun nəticəsinə görə, Tural Əhədzadə, Rəsul Abdullayev, Əhməd Abdullayev, Elmir Rufov və Zəhra Xəlilzadə maksimum xal toplayıblar ...

Fiqurlu konkisürənimiz Vladimir Litvintsev Avropa çempionatında qısa proqram üzrə yeddinci olub

13.01.2022 [16:52]
Estoniyanın paytaxtı Tallində fiqurlu konkisürmə üzrə Avropa çempionatı başlayıb. AZƏRTAC xəbər verir ki, yarışda ölkəmizi 4 idmançı təmsil edir. Çempionatın ilk günündə komandamızın üzvlərindən Vladimir Litvintsev bacarığını nümayiş etdirib ...

Emin Kürdov: Belçika millisi ilə yoldaşlıq oyunu Avropa çempionatına hazırlığımızın səviyyəsini göstərəcək

13.01.2022 [16:17]
Yanvarın 5-dən başladığımız məşqlərdə fiziki hazırlıq üzrə çalışmalara üstünlük veririk. Yanvarın 10-dan isə rəsmi təlim-məşq toplanışındayıq. Ölkə xaricində çıxış edən oyunçularımız da həmin tarixdə komandaya qoşulublar. Onlar gəldikdən sonra taktiki və texniki planda çalışmalara üstünlük verilib və standartlar üzərində işləyirik ...

Yeniyetmə qılıncoynadanlarımız Ankarada təlim-məşq toplanışında iştirak edirlər

13.01.2022 [16:12]
Yeniyetmə sablyaçılarımız Ankarada Türkiyə Olimpiya Hazırlıq Mərkəzində təlim-məşq toplanışında iştirak edirlər. AZƏRTAC Azərbaycan Qılıncoynatma Federasiyasının saytına istinadla xəbər verir ki, hazırlıq prosesi məşqçilər Elxan Əhmədov və Azər Tağıyevin rəhbərliyi altında keçirilir ...

Azərbaycan Futzal Federasiyasının prezidenti milli komandanın üzvləri ilə görüşüb

13.01.2022 [16:07]
Azərbaycan Futzal Federasiyasının prezidenti, AFFA-nın İcraiyyə Komitəsinin üzvü Zaur Axundov yanvarın 13-də Bakı İdman Sarayında milli komandanın üzvləri ilə görüşüb. AZƏRTAC xəbər verir ki, futzalçıların məşq prosesi ilə maraqlanan federasiya rəhbəri Avropa çempionatında ...

Bu gün kişi boksçular arasında Azərbaycan çempionatında dörddəbir final mərhələsinə yekun vurulacaq

13.01.2022 [16:01]
Kişi boksçular arasında Azərbaycan çempionatının üçüncü günündə - yanvarın 13-də dörddəbir final mərhələsinə yekun vurulacaq. AZƏRTAC xəbər verir ki, 29 komandanın qatıldığı yarışda 60, 71, 75 və 86 kiloqram çəki dərəcələrində ...

Türkiyənin “Beşiktaş” futbol klubunun yeni baş məşqçisi müəyyənləşib

13.01.2022 [15:30]
Türkiyənin “Beşiktaş” futbol klubunun yeni baş məşqçisi müəyyənləşib. AZƏRTAC xəbər verir ki, Türkiyə klubunun prezidenti Ahmet Nur Çebi təşkil etdiyi mətbuat konfransında yeni çalışdırıcının adını açıqlayıb. O, Sərgən ...

Formula 1 Azərbaycan Qran-Prisi üçün könüllülərin qeydiyyatına start verilib

13.01.2022 [15:19]
“Bakı Şəhər Halqası” Əməliyyat Şirkəti (BŞH) yeni Formula 1 mövsümü üçün könüllülərin qeydiyyatına start verib. BŞH-dən AZƏRTAC-a bildiriblər ki, iyunun 10-12-də Bakı şəhər halqasında keçiriləcək Formula 1 yarışının “Könüllülər proqramı”na müraciət üçün azı 16 yaşında olmaq ...

Azərbaycan şahmatçısı Abdulla Qədimbəyli Serbiyada beynəlxalq turnirdə iştirak edəcək

13.01.2022 [14:42]
Yanvarın 31-də Serbiyada şahmat üzrə beynəlxalq turnir start götürəcək. AZƏRTAC xəbər verir ki, ölkəmizi yarışda Abdulla Qədimbəyli təmsil edəcək. Turnirdə ...

Teodoros Karipidis: “Aris” klubu Mahir Emreli ilə maraqlanmır

13.01.2022 [14:32]
Yunanıstanın “Aris” klubu Polşanın “Legiya” komandası ilə problemlər yaşayan və oradan ayrılmaq istəyən Mahir Emreli ilə maraqlanmır. AZƏRTAC xəbər verir ki, bu barədə klubun prezidenti Teodoros Karipidis məlumat verib. O bildirib ...

Formula 2: Kalan Uilyams “Trident” komandası ilə müqavilə imzalayıb

13.01.2022 [14:31]
Kalan Uilyams Formula 2 üzrə dünya çempionatının 2022-ci il mövsümündə “Trident” komandasında çıxış edəcək. AZƏRTAC xəbər verir ki, avstraliyalı pilot İtaliya təmsilçisi ilə müqavilə imzalayıb. Ötən iki mövsümü Formula 3-də keçirən pilot 2021-ci ili 19-cu pillədə başa vurub ...

“Australian Open”: “Melburn Park”dakı arenalarda tribunaların 50 faizədək doldurulması qaydası tətbiq edilib

13.01.2022 [13:36]
Tennis üzrə “Australian Open” ərəfəsində Avstraliyanın Viktoriya ştatının hakimiyyət orqanları biletlərin yarısından çoxunun satılmadığı “Melburn Park”dakı arenalarda tribunaların yalnız 50 faizədək doldurulması qaydasını tətbiq edib ...

Dani Alves “El klasiko”nun tarixinə düşüb

13.01.2022 [13:33]
İspaniya Super kuboku yarışlarının yarımfinal mərhələsi çərçivəsində keçirilən “Barselona”-“Real” oyununda iştirak edən Dani Alves “El klassiko”da iştirak edən ən yaşlı futbolçu kimi tarixə düşüb. AZƏRTAC xarici ...

“Qarabağ” klubu Leandro Andrade ilə müqavilə imzalayıb

13.01.2022 [13:22]
Ağdamın “Qarabağ” futbol klubu Leandro Andrade ilə müqavilə imzalayıb. AZƏRTAC klubun rəsmi saytına istinadla xəbər verir ki, portuqaliyalı cinah yarımmüdafiəçisi Bolqarıstanın “Çerno More” klubundan transfer ...

“Keşlə” klubu növbəti transferini gerçəkləşdirib

13.01.2022 [13:17]
Bakının “Keşlə” futbol klubu qış transfer dönəmində növbəti transferini gerçəkləşdirib. AZƏRTAC paytaxt təmsilçisinin rəsmi saytına istinadla xəbər verir ki, argentinalı mərkəz müdafiəçisi Franko Floreslə müqavilə imzalanıb ...

20 Yanvar şəhidlərinin xatirəsinə həsr olunmuş “Arpachay Open” beynəlxalq karate turniri keçiriləcək

13.01.2022 [13:08]
Yanvarın 21-də Azərbaycan Milli Karate Federasiyasının (AMKF) və “Arpaçay” karate klubunun birgə təşkilatçılığı ilə 20 Yanvar şəhidlərinin xatirəsinə həsr olunmuş 6-cı “Arpachay Open” beynəlxalq karate turniri start götürəcək. AMKF-in mətbuat ...