Gənc cüdoçular arasında Azərbaycan birinciliyinin ilk qalibləri müəyyənləşib
Bakı, 25 fevral, AZƏRTAC
Fövqəladə Hallar Nazirliyinin İdman-Sağlamlıq Mərkəzində gənc cüdoçular arasında keçirilən Azərbaycan birinciliyinin ilk yarış gününə yekun vurulub.
Azərbaycan Cüdo Federasiyasından AZƏRTAC-a bildiriblər ki, turnirin birinci günündə qızlar və oğlanlar arasında 5 çəki dərəcəsində qalib və mükafatçılar müəyyənləşib. Qızların mübarizəsində Nazibə Məmmədova (44 kq), Könül Əliyeva (48 kq), Səbinə Əliyeva (57 kq), oğlanların yarışlarında isə Nicat Məmmədli (60 kq) və Məmmədrza Hacızadə (73 kq) qalib adını qazanıblar.
Birincilikdə Bakı, Sumqayıt şəhərlərindən, eləcə də ölkənin müxtəlif regionlarından olan klub, cəmiyyət və idman təşkilatlarından 300-ə yaxın idmançı medallar uğrunda mübarizəyə qoşulub.
Yarışa fevralın 27-də yekun vurulacaq.