REGİONLAR
Said Xan Mohmand: Şəki xanlarının sarayı mənə ölkəmdəki tarixi abidələri xatırlatdı VİDEO
Şəki, 21 fevral, Mustafa Dadaşov, AZƏRTAC
Şəkiyə ilk dəfədir gəlirəm. Burada olmağımdan çox şadam. Şəhərlə bağlı təəssüratlarım çox zəngindir. Şəki xanlarının sarayını gəzərkən ölkəmdəki qədim tarixi abidələri, sarayları xatırladım. Mədəniyyətlərimizdə oxşar cəhətlər çoxdur.
AZƏRTAC xəbər verir ki, bu fikirləri Pakistan İslam Respublikasının ölkəmizdəki səfiri Said Xan Mohmand Şəkidə jurnalistlərə müsahibəsində deyib.
Səfir onlara göstərilən səmimi münasibətə və qonaqpərvərliyə görə şəkililərə minnətdarlığını bildirib.
Qeyd edək ki, Azərbaycan Respublikası Prezidenti Administrasiyası və Xarici İşlər Nazirliyi tərəfindən fevralın 20-21-də ölkəmizdə akkreditə olunmuş diplomatik nümayəndəliklərin rəhbərlərinin və xanımlarının Şəki və Qax rayonlarına tanışlıq səfəri təşkil olunur.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 03.05.2024 [16:35]
Forum iştirakçıları Ağdamın dağıdılmış abidələrini ziyarət ediblər
- 03.05.2024 [16:14]
AXA-nın sədri Beyləqanda vətəndaşları qəbul edib, təsərrüfatlara baş çəkib
- 03.05.2024 [15:32]